beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Samux

Samux – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Samux şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax


Tarixi

Samuxun tarixi və adının mənşəyi haqqında müxtəlif fikirlər mövcudur. Daha geniş qəbul olunmuş fikirlərə görə "Samux" adının mənşəyi qədim alban toponimləri ilə əlaqədar olub, "meşəlik", "ağaclıq" mənasını verir. Gəncə şəhərində bitişik olan Samux rayonu şimaldan Gürcüstanla həmsərhəddir. Vaxtilə bu rayonun ərazisi Qafqaz Albaniya dövlətinin tərkibində olmuşdur. "Samux" sözü qədim alban dilində "ov üçün meşəlik yer" kimi tərcümə edilə bilər. XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri olmuşdur. O vaxtlar Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabırrı vadiləri arasında Kür çayının sahilindəki ərazini tuturdu. Rayon öz tarixi adına yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra, 1992-ci ildə qovuşmuşdur. O vaxta qədər isə Azərbaycanın digər inzibati bölümlərinə tabe olmuş, bir müddət isə Səfərəliyev adını daşımışdır.

Coğrafi mövqeyi

Relyefi

Rayon ərazisi Kür çayının sağ və sol sahillərindəki düzənliklərdə yerləşir. Rayonun ərazisindən Qabırrı, Qanıx çayları, Qarayeri qəsəbəsindən isə Quşqara çayı keçir. Rayonun şimal sərhəddində Bozdağ və Ceyran çöl qış otlaqları yerləşir.

Təbiəti

İqlimi

İri yaşayış məntəqələri

Əhalisi

Əhali əsasən azərbaycanlılardan ibarətdir. Əhalinin sıxlığı hər 1 km²-də 37 nəfərdir.

Görkəmli şəxsləri
Surxay Musayev — tibb elmləri doktoru.

İqtisadi xarakteristikası

Rayonun kənd təsərrüfatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq və həmçinin tərəvəzçilik, meyvəçilik təşkil edir. Bu yerdə üzümçülük geniş inkişaf etmişdir. İri üzüm salxımları gün kimi alışıb yanır. Meşələri canlı təbiət muzeyidir. Həyat boz dağlara doğru da addımlayır. İl payıza dönəndə Samuxun Ceyrançöl qışlağı çadırlar, binələr şəhərciyinə çevrilir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Maddi-mədəni irsi

Samuxun kurqanları çox məşhurdur. Diametri 10-20 m, hündürlüyü 1-1,5 m olan Nəbiağalı kurqanları daha çox seçilir. Bu kurqanların yaranma tarixi tunc dövrünün sonuna və daş dövrünün başlanğıcına aid edilir. Rayon subtropik iqlim şəraitinə malikdir. Burada havanın temperaturu yayda +30 C-dək, qışda 0 C-dən -10 C-dək dəyişir. Gəncəçay, Qarıx, Qabırn çayları rayonun ərazisindən axır. Bu çayların ətrafı balıq və heyvan ovu üçün çox münasibdir. Sərkar kəndində Zəhrə bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Nəbiağlı kəndindəki Xırmansuyu bulağının suyu kükürdlüdür. Rayonda yaşı yüzliklərlə ölçülən unikal təbii abidələr – çinar ağacları var. Bu ağaclardan birinin yaşı 1200-1300 ildir. Ağacın gövdəsində nal izinə oxşar izlər var. El arasında Düldül adı ilə məşhur olan bu ağac İmam Əlinin atının adı ilə belə adlanır. İndi bura ziyarətgahdır. Yerli sakinlər buraya gəlib nəzir verirlər. Rayonun ərazisində "Göy-göl" qoruğunun filialı – "Eldar şamı", qoruğu yerləşir. Bu qoruq məşhur Eldar şamı ağacının qorunub saxlanması və öyrənilməsi məqsədilə yaradılmışdır. Bura dünyada yeganə yerdir ki, quraqlığa və şoranlığa davamlı Eldar şamı təbii şəraitdə meşə halında bitmişdir. Qoruğun şimal-şərqindəki dağda məşhur "Krorğlu qalası" qülləsi, həmin qüllənin yaxınlığında isə müalicəvi əhəmiyyətə malik olan bulaq var. Rayondakı memarlıq abidələri arasında hündürlüyü 12 m olan İmamzadə türbəsi (VIII əsr) diqqəti cəlb edir.


Tarix: 16.03.2013 / 13:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 774 Bölmə: Tariximiz ve rayonlarimiz