beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözlərinizi qoruyun!

Göz çevrəsindəki dəri üzün digər hissələrindən 7 qat daha incədir
Gözlər üzün ən həssas hissəsidir. Çünki göz çevrəsindəki dəri üzün digər hissələrindən 7 qat daha incədir. Buna görə də iltihab və allergiya verməyən yağlı nəmləndiricilərdən istifadə etmək, həmçinin təbii yollarla gözətrafı dəriyə qulluq etmək lazımdır. Həmçinin bunları da unutmayın:
1. Qidalanma - düzgün qidalanmaq gözəllik üçün faydalıdır. Gözlərin “dostu” olan A vitamini qəbul etməyə çalışın. Həmin vitamin balqabaq, ispanaq, pazı, şaftalı, ət, balıq, yumurta, qovun, yerkökü, şüyüd və cəfəri kimi qidaların tərkibində boldur.
2. İstirahət - yuxunun azı da, çoxu da zərərlidir. Hər gün 8 saat yatmaq göz sağlığı üçün faydalıdır. Hər axşam eyni saatda yatmaq gözlərdəki yorğunluğu alır. Xüsusilə sıx iş qrafiki ilə işləyənlər nizamlı şəkildə yatmalı və mümkünsə, günorta yeməyindən sonra 5-10 dəqiqə gözlərinə istirahət verməlidirlər.
3. Təmizlik - hər axşam yatmazdan əvvəl göz makyajı təmizlənməlidir. Ancaq təmizləmə işini göz çevrəsinə iltihab vermədən yumşaq hərəkətlərlə edin. Kirpik tuşu qalıqları və ya uyğun olmayan təmizləmə vasitələri gecə boyunca dəriyə zərər verə, hətta kirpiklərin tökülməsinə gətirib çıxara bilər.


Tarix: 08.01.2015 / 15:36 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Saglamliq