beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

B vitamini yaddaşsızlığın "qarşısını ala bilər"

Yeni araşdırma göstərib ki, yüksək dozada B vitamini yaddaşsızlıq xəstəliyinin - Altsheymerin əlamətlərini hiss edən yaşlı insanlarda beynin kiçilməsi hallarını yarıyadək azalda bilər.

Beynin daralması ağılsızlığa aparan simptomlardan biridir.
Nəticələri Public Library of Science One jurnalında dərc olunmuş tədqiqat zamanı əqli çatışmazlığa doğru gedən 168 yaşlı adam sınaqdan keçirilib.
Onlara hər gün tərkibində B vitaminləri, B6 və B12 olan və gündəlik nəzərdə tutulmuş dozadan xeyli artıq tabletlər veriblər.

İki ildən sonra isə onların beyinləri yoxlanılıb.
60 yaşından sonra beynin daralması ildə 0.5 faiz baş verir. Əqli çatışmazlığa meylli insanlarda bu proses iki dəfə tez olur. Altsheymer xəstəliyi olanlarda isə beynin daralması ildə 2.5 faiz təşkil edir.

Oxford universitetinin ailmləri yeni sınaq nəticəsində belə nəticəyə gəliblər ki, B vitamini içənlərdə beynin daralması 30 faizədək azalıb.
Tədqiqatçılar deyir ki bu, Altsqeymer xəstəliyinin gecikməsi yollarını tapmaqda ilk addım ola bilər.

Beynin qorunması
Ekspertlərin fikrincə, bu tapıntı çox mühüm addımdır, amma daha artıq təqdiqatın aparılması lazımdır.

Bəzi B vitaminləri - B6 və B12 - qanda homosisteyn adlanan maddənin səviyyəsini qoruyub saxlayırlar. Homosisteynin qanda artıq olması beynin tez daralmasına və Altsheymer xəstələyinə gətirib çıxarır.

Alimlər inanır ki, B vitaminlərinin həmin maddəyə təsiri beyin daralmasının azaldılmasına kömək edib.
B vitaminləri ət, balıq, yumurta və tərəvəzin tərkibində var.

Eskpertlər xəbərdar edirlər ki, tibbi məsləhət almadan yüksək dozada vitamin tabletləri qəbul etmək düzgün deyil.


Tarix: 08.01.2015 / 14:22 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq