beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar diqqət: kosmetik vasitələrdə zəhərli maddələr tapılıb

Kanadalı alimlərin apardıqları araşdırmalar nəticəsində milyonlarla qadını qorxudacaq nəticələr əldə olunub.

Ekspertlər populyar kosmetik vasitələrdə insan orqanizmi üçün zərərli kimyəvi birləşmələr tapıb.

"Environmental Defence" təşkilatı dünyanın ən populyar kosmetika vasitələri arasından 49 nümunəni seçərək araşdırma testləri aparıblar. Məlum olub ki, həmin kosmetik preparatlarda aralarında qurğuşun və mərgümüş olan 8 zəhərli kimyəvi maddə var.
İstisnasız olaraq bütün vasitələrdə iki ağır metal tapılıb.

Kanadanın Səhiyyə Nazirliyi kosmetika istehsalçılarına öz məhsullarına kadmium və ya qurğuşun təki metalların qatılmasını qəti qadağan edir.

İstehsalçı şirkətlər isə bildirirlər ki, həmin metallar xammalın tərkibindədir.


Tarix: 08.01.2015 / 14:02 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Saglamliq