beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Az yatmaq insulta aparır

Az yatmaq insulta aparır. İTAR-TASS- xəbər agentliyinin verdiyi məlumata görə, yeni elmi araşdırmanın nəticəsi Bostonda yuxu pozğunluğuna həsr olunmuş elmi konfransda açıqlanıb. Müəlliflər bildirirlər ki, digər risk faktorlarına məruz qalmayan adamlarda da yuxusuzluqla insult arasındakı əlaqə ilk dəfədir sübut olunur.

Araşdırma üç il davam edib və işləyən 5 666 amerikalı arasında apırılıb. Onlardan təxminən 35 faizi sutkada 8 saat və daha artıq, 35 faizi isə 7 saat yatır. Qalan 30 faiz isə orta hesabla sutkada 6 saat və daha az yatır, yəni, yuxusunu tam almır. Araşdırma nəticəsində sonuncularda insult ehtimalının digərlərindən dörd dəfə artıq olduğu üzə çıxıb.

İnsult beyində qan dövranının kəskin pozulması zamanı baş verir. "USA Today" qəzetinin məlumatına görə, insult ABŞ-dakı ölümlərin əsas səbəbləri arasında dördüncü yeri tutur. İnsulta səbəb olan əsas risk faktorları siqaret çəkmək, artıq çəki və passiv həyat tərzidir.


Tarix: 08.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Saglamliq