beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaretdə daha 63 növ xəstəlik tapıldı

Mütəxəssislər siqaretin tərkibində 63 növ xərçəng yaradan maddə aşkar ediblər. Eyni halda, araşdırmalar zamanı məlum olub ki, 20 il ərzində siqaret çəkən insanın bədəninə 7 kq qətran yığılır.

Həkimlər siqaretin xammalı olan tütünün əldə və ya fabrikdə hazırlanmasından asılı olmayaraq zəhərli bitki olduğunu bildirirlər.
Siqaretin tərkibindəki və aludəçilik yaradan nikotinin iynə ucu qədər miqdarı insan damarına vurulması ölümə səbəb ola bilər.

Nikotin əsasən əkinçilikdə dərman kimi istifadə edilir. Metan, arsen, işlənmiş qazlar (CO), raket yanacağı, boya, tualet təmizləyici ammonyak, pestisidlər, mum, neft, kadmium və butan kimi zərərli maddələr siqaretin tərkibində tapılıb.

Mütəxəssislərin bildirdiyinə görə, gündə bir qutu siqaret çəkən insanın bədənində 3 ayda 90 qram, 20 ildə isə 7 kiloqram qətran yığılır.
Qətranda isə 63 növ xərçəng yaradan maddə var.

Dünya Sağlamlıq Təşkilatının hesabatına görə, siqaret istehsalçıları inkişaf etmiş ölkələrdəki qadağalar nəticəsində siqaret sata bilmirlər. Yüksək qətran və nikotinli siqaretlər isə inkişaf etməmiş ölkələrin bazarlarına çıxarılır.

Həkimlər siqaretin insan sağlamlığına zərərli təsirləri barədə bunları söyləyirlər:
"Siqaret tüstüsü ağız, dil, boğaz, yemək borusu, nəfəs borusu, ağ ciyərlər və mədəyə birbaşa çatır. Tüstüdəki zərərli maddələr də bir neçə saniyə ərzində ürək, beyin, qan damarları, böyrəklər kimi bir çox orqana zərər verir. Siqaret vasitəsilə aludəçilik, xərçəng, infeksiya, allergiyaya həssaslıq, anatomik, fizioloji və genetik pozuğunluqlar kimi xəstəliklər yaranır."

Qeyd edək ki, dünyada bir milyarddan çox insan siqaret aludəçisidir. Hər il 5 milyon insan siqaret ilə əlaqəli xəstəliklər nəticəsində həyatını itirir.
2025-2030-cu illər üçün bu rəqəmin 10 milyona yüksələcəyi də istisna edilmir.


Tarix: 08.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Saglamliq