beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yüngül baş ağrılarına biganə yanaşmayın

Yüngül, diqqətə alınmayacaq kimi görünən baş ağrısı, beyin şişinin əlaməti ola bilər. Türkiyənin Medical Park Gebze Xəstəxanasında fəaliyyət göstərdiyi bildirilən həkim Həsən Çelikin şişlərin növləri, əlamətləri və diaqnozları mövzusunda açıqlamaları olub. Bəzən yüngül, diqqətə alınmayacaq baş ağrısının beyində yaranan şişdən qaynaqlandığı, görmə itkisi, eşitmə azlığı, müxtəlif uyuşmalar, baş dönmələri, balanssızlıqlar və qusmaların da yaranan şişlərin əlaməti olduğu deyilir.
Ən çox qarşılaşdığımız əlamətin isə baş ağrısı olduğu bildirilir. Baş ağrısı, müxtəlif vaxtlarda olan və ya mütəmadi baş ağrıları kimi qarşımıza çıxa bilər.
Belə ki, bir çox insan həyatın müəyyən bir dövründə bu problemlə üzləşə bilər. İstər istəməz hər dəfə başımız ağrıdığında beyin cərrahına getmirik.
Beyin şişləri, beynimizin hər hansı bir quruluşunun birdən toxumalarında inkişaf edir.
Beyin təzyiqə düşdükdə və damarlara təmas olduqda, beyin toxuması sıxışdırıldıqda, kəllə içərisində bu xəstələrin əməliyyatla şişlərinin alınması lazımdır. Bu şişlərin yerinə və şişin növünə görə əməliyyatla alına biləcəyi, poliklinika nəzarəti şəklində yaxın təqib edilir, bəzisi hemoterapiya, radioterapiya hətta son günlərdə lokalizə şüa vasitəsilə müalicə edilə bilir. Bəzi hallarda isə beyin şişlərində müalicə növü olan dərmanlar, şişi məhdudlaşdırmaq, böyüməsinə maneə törətmək, bəzən də yox etmək kimi müalicə növləri tətbiq olunur.


Tarix: 08.01.2015 / 13:05 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Saglamliq