beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülüstan qalası (Goranboy)

Gülüstan qalası – Azərbaycanda qədim qala.

Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

Ümumi məlumat
Gülüstan qalası Murovdağın ətəyində, Ağdərə və Goranboy rayonlarının sərhədində, İncəçayın sahilində, dəniz səviyyəsindən 1700 m, ətraf ərazidən 200-250 m hündürlükdə yerləşir. Gədəbəydəki Qız qalası ilə eyni dövrdə inşa olunmuşdur. Qala şərq, qərb və cənub-qərb tərəflərdən sıldırımla, şimaldan meşə, cənub-şərqdən isə yamacla əhatə olunmuşdur. Qalaya yol cənub-şərq tərəfdəndir. Qala şərq-qərb istiqamətində 200-250 m, şimal-cənub istiqamətində 20-25 m uzanır. Qala divarının eni şimal və qərb tərəflərdə 0,8-0,9 m olduğu halda, cənub divarda 1,5 m-ə çatır. Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır


Tarix: 02.02.2015 / 13:46 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Qafqaz Albaniyası