beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avey kilsəsi

Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə.

Qafqaz Albaniyasının əsas məbədlərindən biri olub. Məbəd düzbucaqlı formada inşa edilib. Məbədə qərb tərəfdən qədim yol başlayır. Məbədin belə bir yerdə tikilməsi onun Alban memarlığının səciyyəvi əlamətlərindən biri ilə bağlılığını göstərir. İki otaqlı məbəd yerli Avey daşından inşa edilib. Şimal hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə konusvari kümbəzlə tamamlanır. Məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır. V-VII əsrlərə aid edilən məbədin klassik xristian memarlığı üslubunda inşa edilmiş zəng qülləsi də var.


Tarix: 30.01.2015 / 18:38 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Qafqaz Albaniyası