beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saak Sevada

Saak Sevada (doğum və ölüm tarixləri bilinmir) - X əsrin I yarısında Xaçın və Girdiman hakimi. Qriqor Hamamın oğlu, Atrnersehin nəvəsidir. Onun hakimiyyətinə Parisos (Artsakın şimalı), Uti və Girdimanın xristianlarla məskunlamış əraziləri daxil idi. Saak Sevada, qızı ilə evlənmiş erməni hökmdarı II Aşotun köməkliyi ilə Utili Movsesin üsyanını yatırmışdır. Saak Sevadanın digər qızı Şahanduxt isə Sünik knyazı I Smbatla evli olmuşdur. I Smbat Sünikin müstəqilliyini elan etdikdə Saak Sevada onun tərəfində duraraq erməni hökmdarı II Aşota qarşı çıxmışdı. II Aşotla döyüşdə məğlub olan Saak Sevada əsir alınmışdı. Erməni hökmdarı onun və oğlu Qriqorun gözlərini çıxartdırmışdı. Digər oğlu Hovannes Sənəkərim isə Parisos hakimi olmuşdur.


Tarix: 30.01.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Qafqaz Albaniyası