Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsərin yazılmasında istifadə edilmiş mənbələr

K.V.Treverə görə əsərdə aşağıdakı mənbələrdən istifadə olunmuşdur:

Xalq rəvayət və hekayətləri
Monastr və qəsrlərin arxivində saxlanılmış ruhani və kübar şəxslərin bir-birinə göndərdiyi epistolyar janrda yazılmış məktublar #Müəllifin özünün məlumatları.
Fəridə Məmmədova isə bu mənbələrə aşağıdakılar da əlavə edir:

Alban aqioqrafik ədəbiyyatı(Alban müqəddəslərinin həyatı və əzabları),
Alban xronikaları (alban katalikosu Vironun xronikası),
Alban kilsə kanonları,
Alban şairi Dəvdəyin Cavanşirin ölümünə həsr etdiyi ağı,
Albanlara məxsus olmayan başqa dildə yazılmış mənbələr Romalı İppolitin (III əsr) xronikası, V-VII əsrlərdə yaşamış erməni müəlliflərinin əsərləri.
Tarixi əhəmiyyətinə görə Qafqaz mənbələri arasında Alban ölkəsini tarixinə bərabər ikinci bir əsər tapmaq qeyri mümkündür -qafqazşünas alim A.P.Novoseltsev əsərə belə qiymət verir. Bu,hər şeydən əvvəl Azərbaycan türklərinin əcdadlarının tarixi haqqında qiymətli məlumat mənbəyidir.


Tarix: 30.01.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Qafqaz Albaniyası
loading...