beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ermənistan azərbaycanlıları

Ermənistan azərbaycanlıları (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") – Qərbi Azərbaycanda, indiki Ermənistanda əsrlər boyu yaşamış etnik xalq sayılan azərbaycanlılar. 1988–1991-ci illərdən bəri demək olar ki, mövcud deyil.

Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın azərbaycanlı icması (irəvanlı, yerevanlı, "yeraz", "qərbi azərbaycanlı") 1988–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxsu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrıseçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar.

1828-ci ildən başlayıb 1988-1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min kv.km ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına görə Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8400 kv.km olub ki, bu da ancaq Göyçə gölü ətrafında ermənuilərin dəfn edilməsi üçün bir qəbirstanlıq kimi kifayət edirdi. Burada azərbaycanlılar yaşayan ərazi isə ən azı 20 min kv.km olmuşdur. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373582 nəfər idi. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı qalmayıb.


Tarix: 09.02.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Qərbi Azərbaycan