Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abaran mahalı

Tarixi
Rayonun ərazisi I-V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI-XIII əsrlərdə səlcuqların, XIV-XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyənin və Abaran nahiyəsində Abaran kəndinin olduğu qeyd edilir.

XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920-1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930-cu ildə Abaran adında rayon yaradılmışdır. Erməni mənbələrində Abaran toponiminin erməni dilində "imarət, saray" mənasında işlənən aparank sözündən əmələ gəldiyi göstərilir. Bu, həqiqətdən, elmi izahdan uzaqdır. Toponim apar türk etnoniminə cəmlik bildirən - an şəkilçisinin qoşulması ilə əmələ gəlib "aparların (avarlar) yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erməni mənbələrində Aparan formasında qeyd edilir.

Abaran çayı
Abaran çayı İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda çay. Uzunluğu 98 km-dir. Hidronim apar (avar) türk tayfasının adını əks etdirir. Etnohidronimdir.


Tarix: 07.02.2015 / 13:27 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Qərbi Azərbaycan
loading...