beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salvartı çayı

Salvartı çayı — Zəngəzurda, indiki Ermənistanda çay.

Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Salvartı dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçayla, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpü (Abuzər) çayı və Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Salvartı çayı Xırdaçayla yanaşı, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpü və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.


Tarix: 09.02.2015 / 15:53 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Qərbi Azərbaycan