Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çatmadağ

Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Kəndin bir adı da Çatmadaş olmuşdur. Qafqazın 5 verstlik xəritəsində Çatma formasında (348, s.281) qeyd edilmişdir. Kəndin adının ikinci komponenti dağ//daş sözləri sonralar ixtisar edilərək rəsmi sənədlərdə Çatma formasında işlədilmişdir.

Əhalisi
Kənddə 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 162 nəfər, 1904-cü ildə 51 nəfər, 1914-cü ildə 178 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 18 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür və kənd ləğv edilmişdir.

Kəntdə 31 nəfər kürd yaşamışdır. Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəhbəri, general Bəylər Əyyubov bu kənddə doğulmuşdur.


Tarix: 06.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Qərbi Azərbaycan
loading...