Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tavuş mərzi

Tavuş mərzi (erm. Տավուշ) — Ermənistan Respublikasının 10 mərzindən biri. Ölkənin şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir.

Mərkəzi İcevan şəhəri olan mərz şimaldan Gürcüstan, cənubdan Geğarkunik, cənub-qərbdən Kotayk, qərbdən Loru mərzləri ilə, şərqdən isə Azərbaycan rayonları olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy ilə əhatələnib.

Keçmiş İcevan, Dilican, Şəmşəddin və Noyemberyan rayonlarını əhatə edir. Azərbaycanlılar yaşamış Qаrаqоyunlu mahalı bu ərazidə yerləşir.
Etimologiyası
1995-ci ildən sonra əraziyə, ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün verilmiş ad. Ərazinin əsl adı Tavus adlanmışdır. Ərazi adını həmin ərazidə yerləşən Tavus qalanın adından götürmüşdür. Qalanı əraziyə eramızın 3-cü əsrində köç edən hunlar tikmişlər. Qala qədim türkcədən tərcümədə dağ üstündə qala mənasını verir "Tau ust qala" (Tukustak-Taukustka-Tauustkala). Qala yerli əhali tərəfindən yerli ləhçədə Tauusqala (Touusqala) adlanır. Rəsmi sənədlərdə 1965-ci ilədək Tavus adlandırılmışdır (Rusça:Тауз). Sonradan yanlış olaraq Tovuz quşu adının təsiri ilə Tovuz adlandırılmışdır (Görünür ermənilərin təsiridə az olmayıb, ərazinin erməni mənbələrındə keçən adının Тузкатак(Тучкатак) ikinci hissəsini "katak" onlar quş mənasında yozurlar).
Ərazisi
Tavuş marzının ərazisi əsasən dağlıq və meşəliklərdən ibarətdir. Tavuşun çox hissəsi dəniz səviyyəsindən 800-1000 metr hündürlükdə yerləşir. Tavuş həmçinin çoxlu çayları və su mənbələri ilə tanınır. Regionun ən böyük çayı Ağstafaçaydır. Bundan başqa Tavuşda çoxlu bulaqlar və göllər də var.

Yaşayış məntəqələri
Tavuş marzının ərazisi 2,704 km²-dir. 2002-ci il siyasıya alınmasının nəticələrinə görə Tavuşun əhalisi 121.963 nəfər olub. Əhalisinin sayına görə Tavuş Ermənistan marzları arasında ən aşağı yerlərdən birini, 10-cu yeri tutur. Regionun ən böyük şəhərləri Karvansaray (regionun inzibati mərkəzi), Dilican, Barana və Tovuzqala (Berd) şəhərləridir.


Tarix: 07.02.2015 / 14:11 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Qərbi Azərbaycan
loading...