beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barana rayonu

Barana - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Dağ Borçalının Loru mahalında rayon.

1937-ci il 31 dekabrda yaradılıb. Mərkəzi Barana (Incəsu,dəyişdirilmiş adı Noyemberyan) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 187km-dir.

Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur.V.V.Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir.Barana isə "qoyunlu yer" anlamındadır.Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Rəvayətə görə Abarandan bir çox erməni bu kəndə köçərək məskunlaşdıqları zaman qonşu kənddən soruşurlar ki, siz haradan gəlmisiniz?Onlar cavab verirlər ki, Abarandan.Buradanda kəndin adı Abaranının təhrif olunmuş adı ilə Barana adlandırılmışdır.1938-ci ildən Noyemberyan kəndi adlanmış,1971-ci ildə qəsəbə olmuşdur.1937-ci ildə rayonun inzibati mərkəzidir.

1988-ci ilə kimi azərbaycan türklərinin yaşamağa davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri:Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi.


Tarix: 07.02.2015 / 14:09 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: Qərbi Azərbaycan