beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abaran rayonu

Abaran - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Abaran mahalı ərazisində rayondur.

Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci yanvarın 3-nə kimi Abaran,daha sonra isə Aparan rayonu adlandırılıb. Ərazisi 816 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Baş Abaran (Baş Aparan) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir. Rayon ərazisindən Qarasu (dəyişdirilmiş adı Sev-Çur) çayının sol qolu olan Abaran (dəyişdirilmiş adı Kasax) çayı axır. Uzunluğu 98 km olan bu çayın hövzəsinin sahəsi 1852 kv. km-dir. Çay öz başlanğıcını Qərbi Azərbaycanda ən hündür dağ olan Alagöz (hündürlüyü 4090 m),(dəyişdirilmiş adı Araqats) dağının yamacından götürür. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Hamamlı (dəyişdirilmiş adı Spitak) rayonunun bir hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu da yaradılıb.


Tarix: 07.02.2015 / 13:27 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan