Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağudi

Tarixi
Ağudi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzində 5 km cənub - şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir (348, s.6).

Kənddə 1831-ci ildə 60 nəfər, 1873 - cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914 - cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.

İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər (415, s.77, 147), 1959 - cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər (427, s.200) azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tamamilə etnik torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.

Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında (168, s.119) formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aqitu qoyulmuşdur.

Mədəniyyəti
Coğrafiyası və iqlimi
Əhalisi
Vagudi – 1918-ci il. 1330 nəfər əhalisi olmuşdur. Kənd əhalisinə böyük zülm edilmiş, 15 gözəl qız təhqir edilərək öldürülmüşdür. Kənd dagılarkən sıgınacaq axtaran 400 müsəlman məscidə doldurulmuş, əvvəlcə pəncərədən əldəqayırma bomba atılmış, sonra isə məscidə od vurulub bütün adamlar yandırılmışdır. Qadınların döşünü kəsmiş, xəstələri yataqda doğramışlar.


Tarix: 06.02.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Qərbi Azərbaycan
loading...