Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaradağlı (Qarakilsə)

Tarixi
İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd.

Mədəniyyəti
Coğrafiyası və iqlimi
İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.116) qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır.

Əhalisi
Buraya ermənilər 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür (386, s.547-549; 415, s.14). Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 128 nəfər, 1873 - cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919 - cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1919 - cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953 - cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı (354, s.92) əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenidən dəyişdirilərək Mrqavet qoyulmuşdur. 1831-ci ildə buraya İrandan ermənilər köçürülmüşlər.


Tarix: 06.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Qərbi Azərbaycan
loading...