Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əziz Əliyevin xatirəsi

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı,Naxçıvan və Mahaçqalada mərkəzi küçələrindən biri Əziz Əliyevin adını daşıyır.

Əziz Əliyevin əbədi heykəli xalqın qəlbində çoxdan ucaldılıb. Bunu İmran Qasımovun, Süleyman Rüstəmin, Mustafa bəy Topçubaşovun, Mirzə İbrahimovun, Rəsul Həmzətovun, Baxış Qəhrəmanovun, Abdulla Quliyevin, Həmid Rüstəmovun, M.S.Umaxanovun, Əhməd Musayevin, N.İ.Trufanovun, Əbdülvahab Süleymanovun, Həsən İsazadənin, Nəriman Əliyevin, Zəhra Quliyevanın, həmçinin Qurban Əliyevin, Böyükkişi Ağayevin, Həsən Sultanovun, Leyla Kərimovanın və başqalarının Əziz Əliyev haqqındakı xatirələrində də aydın müşahidə etmək olar. Akademik M.Topçubaşov Əziz Əliyev haqqında xatirələrində yazır: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır".

1998-ci il may ayının 14-də dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi keçirilərkən yubiley təntənələrində çıxış edən prezident Heydər Əliyev Əziz Əliyevin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmışdı.

2006-cı il dekabr ayının 5-də Əziz Əliyevin anadan olmasının 110 illiyi dövlət səviyyəsində yenidən qeyd edildi.


Tarix: 06.02.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 214 Bölmə: Qərbi Azərbaycan
loading...