beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayandur (Şörəyel)

Tarixi
Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəfətəri»ndə Bayandırlı formasında qeyd edilmişdir.

Toponim bayandur qədim türk tayfasının adı əsasında əmələ gəlib, «bayandur tayfasının yaşadığı kənd» mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi
1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-30 - cu illərdə Türkiyədən köçürülmüşdür. İndi ermənilər yaşayır.

Digər
Bayandur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda vağzal.


Tarix: 06.02.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qərbi Azərbaycan