beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maqsud Məmmədov (III)

Məmmədov Maqsud Məmməd oğlu - 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru

Həyatı
Məmmədov Maqsud Məmməd oğlu 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açan M.Məmmədovu 1920-ci ildən rəhbər partiya işlərinə irəli çəkməyə başlamışlar. O, rektor təyin olunana qədər Azərbaycan SSR-in Ərzaq Nazirliyində, Naxçıvanda Fövqəladə Maliyyə Komissarlığında və s. yerlərdə işləmişdir.

1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunmuş və bir il bu vəzifədə çalışmışdır.

M.Məmmədov 1930-1931-ci illərdə Azərbaycan SSR xalq maarif komissarı, 1931-1933-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi kimi yüksək vəzifələrdə çalışmışdı. Lakin M.C.Bağırovun Azərbaycana rəhbər təyin olunması ilə bu görkəmli dövlət və elm xadiminin də təqibi başlamışdı.

O, dialektik və tarixi materializmə, SSRİ-də milli məsələlərin həllinə və s. aid xeyli sayda marksizm-leninizm metodologiyası mövqeyindən məqalə yazmışdı.

1937-ci ildə M.Məmmədov günahsız yerə həbs edilib güllələndikdən sonra həmin məqalələr məhv edilmiş və itirilmişdir. O, yalnız 1957-ci ildə ölümündən sonra bəraət almışdır.


Tarix: 06.02.2015 / 17:34 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Qərbi Azərbaycan