beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəsibov Mərifət Əhməd oğlu
Nəsibov Mərifət Əhməd oğlu

22 may 1972-ci il Qazax rayonunda anadan olmuşdur. 1979-89-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci ildə yanvar ayının 28-i Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.

Qazax rayonundakı Heydər Əliyev adına parkda qəhrəmanımızın adına bulaq tikilmişdir.


Tarix: 09.06.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Qəhramanlar