beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Satdığı ətin halal olduğunu söyləyən qeyri-müsəlman qəssabdan ət almaq olar?

Sual: Əgər qeyri-müsəlman bir qəssab satdığı ət və toyuğun halal olduğunu iddia edirsə ondan ət almaq olar? Əgər dostlarımızdan kimsə o dükandan ət alırsa bundan yemək olar? Nəzərə alın ki, bizim yaşadığımız bölgədə müsəlman qardaşların işlətdiyi iki halal ət dükanı var.

Cavab:

Həmd Allaha məxsusdur.

Əvvəla: Ehtiyac duyduğunuz ət məhsullarını müsəlmanlardan almaq sizin üçün daha yaxşıdır. Çünki, bu cür etmək daha salamat (şübhədən uzaqdır) və ət ilə bağlı şübhələr daha az olur. Bu cür etməklə siz həmçinin Qərb ölkələrində müsəlmanların ehtiyac duyduğu iş fəaliyyətini davam etdirməkdə müsəlmanlara yardım etmiş olursunuz. Bundan əlavə, sözsüz ki, müsəlmanlar bu işi öz üzərinə götürməyə digərlərinə nisbətən daha layiqdirlər. Hər dəfə yaşadığı yerə daha yaxın olan və yaxud məhsulların daha ucuz satıldığı kafirlərin sahib olduğu dükanları tərk edərək (Allah rzası üçün) iman, din qardaşından ət almaq üçün gedərək müsəlman qardaşları ilə iman bağlılığını təzələməsini bir daha hiss etməsi bir müsəlman üçün kifayətdir.
İkinci: Əgər qeyri-müsəlman biri Əhli Kitabdan deyilsə bu halda onun kəsdiyi ət halal deyil. Əgər Əhli Kitabdan olub yəhudi və xaçpərəst isə onun kəsdiyi ət halaldır.

İbn Qüdamə demişdir: “Alimlər yekdilliklə ittifaq ediblər ki, Əhli Kitabın kəsdiklərini yemək icazəlidir. Çünki, Allah Təala buyurur: “Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır.” [əl-Maidə 5:5] Buxari demişdir: “İbn Abbas demişdir ki, “Onların yeməkləri” kəliməsinin mənası onların kəsdikləri ətlərdir. əl-Muğni, 13/293

Bundan sonra onlardan heyvanın kəsilmə tərzi barədə soruşmamalıyıq. Çünki, başlıca qayda budur ki, onların kəsdikləri səhihdir, çünki Əhli Kitab tərəfindən kəsilib.

Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, demişdir:

Çünki Səhih Buxaridə (5507) Aişədən (Allah ondan razı olsun) rəvayət var. Rəvayətdə belə deyilir: Bir dəstə camaat Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gəlib soruşdular: Ey Allahın Elçisi, bizə bəzi camaatlardan ət gəlir və biz bilmirik ki, ət kəsilərkən üstünə Allahın adı zikr olunub yoxsa yox. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bunun cavabında : “Özünüz Allahın adını zikr edin və yeyin” deyə söylədi.

Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, deyir: “Onlar islamda təzə idilər və heyvanı kəsərkən Allahın adını söyləyib söyləmədikləri yadlarında deyildi, odur ki. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Özünüz Allahın adını zikr edin və yeyin.” Deməli, hətta əti kəsənin Allahın adını söyləyib-söyləməsini bilməsək belə bunu yemək icazəlidir. Eynilə, ətin şəriətdə buyurulan qaydada kəsilib-kəsilmədiyini bilməsək belə yenə də bunu yemək icazəlidir. Çünki, əgər bu əməl “bunu yerinə yetirəcək layiqli (şərtləri özündə cəm edəcək) şəxs” tərəfindən icra edilibsə, əksini iddia edəcək sübut-dəlil olmadıqca bu halda başlıca qayda budur ki, bu etibarlıdır. Odur ki, əgər bizə bir müsəlman, yəhudi və yaxud xaçpərəst tərəfindən ət gəlirsə biz bu barədə və yaxud ətin kəsilmə şəkli barədə və ya üstünə Allahın adının zikr olunub-olunmaması barədə soruşmamalıyıq. Haram olduğuna dair açıq-aydın dəlil olmadıqca bu halal sayılır. Göründüyü kimi Allah təala dində məsələləri bizim üçün asanlaşdırmışdır.
Liaq bab əl-məftuh, 1/77

Burada aydın olur ki, bu dükandan ət alsanız və aldığınız bu əti yesəniz, bunda bir xəta yoxdur və ətin kəsilmə şəkli barədə ondan soruşmaq lazım deyil. Əgər şəriətdə buyurulmayan şəkildə əti kəsdiyindən əmin olsanız, məsələn ölənə qədər heyvanı elektrikə tutmaq və s. bu halda haramdır. Lakin, yuxarıda qeyd etdiyimiz kimi əti müsəlmandan almaq daha əfzəldir.

Güc və Qüdrət Allaha məxsusdur.


Tarix: 02.04.2013 / 19:56 Müəllif: *Beyaz_Gul* Baxılıb: 206 Bölmə: Maraqlı melumatlar