Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mir Fəttah Təbatəbai

Mir Fəttah Hacı Mirzə Yusif ağa oğlu Təbatəbai ( 1794-cü il- 1852-ci il )—İslam alimi, müctəhid.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Ağa Mir Fəttah Hacı Mirzə Yusif ağa oğlu 1794-cü ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Təhsilini Nəcəfdə davam etdirmişdi. Bir sıra molla-müctəhidlərdən dərs almışdı. İctihad dərəcəsinə yüksəlmişdi. Tanınmış bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: “Bu Mirzə Yusif ağanın oğlu Mir Fəttah hicri qəməri 1209 (1794)-cü ildə anadan olmuşdur. O, hicri qəməri 1243 (1827)-cü ildə çar Rusiyasının qoşunları Azərbaycanı alıb, İran dövləti ilə müqavilə bağladıqdan sonra Tiflisə getmiş və hicri qəməri 1258 (1842)-ci ildə Təbrizə qayıdıb, hicri qəməri 1269 (1852)-cu ildə vəfat etmişdir. Təbrizdə bir sıra çeşmələr və bir hamam onun adınadır”.

Rusların Cənubi Azərbaycana işğalçı yürüşü zamanı Təbriz müctəhidi olan Mir Fəttah şəhərin tutulması və idarəsində Rusiyaya xüsusi xidmət göstərmişdi. Paskeviçin təklifi və çarın razılığına əsasan Rusiya təbəəliyinə qəbul olunmuş, şeyxülislam vəzifəsinə təyin edilmişdi. Paskeviçin Qafqazı tərk etməsindən sonra vəzifayə gələn yeni ali məmurların ona münasibəti gərgin olmuşdu. 1841-ci ildə Rusiyanı tərk etmiş, çarın fərmanı ilə 1843-cü ildə təbəəlikdən çıxarılmışdı. Müctəhidin taleyi çarizmə sədaqətli xidmət müqabilində etimadsızlıq və inamsızlıq göstərilməsinə əyani örnək kimi göstərilir. Oktyabrın 13-də rus bölükləri Təbrizə daxil oldu. Təbriz tutulduqdan sonra Tehran üzərinə yol açıldı. Cənubi Azərbaycan torpaqları ələ keçirildikdən sonra onun əvvəlki üsul-idarəsi ləğv olundu. Bu torpaqları idarə etmək məqsədilə ―Azərbaycan (cənubi - Ə.Ç.) idarəsi‖ yaradıldı. Bu idarəyə general Osten-Saken başçılıq edirdi.

1828-ci ildə Təbriz müctəhidi Ağa Mir Fəttah Təbatəbainin Qafqazın şiə məzhəbindən olan ruhanilərinə başçı təyin olunması ilə şeyxülislamın funksiyaları xeyli dərəcədə məhdudlaşdırıldı. Ağa Mir Fəttah Təbatəbai 1852-ci ildə vəfat edib.


Tarix: 24.02.2013 / 17:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 352 Bölmə: Maraqlı melumatlar
loading...