Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbəbsiz yerə ərindən boşanma tələb edən qadın günah qazanırmı?

Sual: Qadın öz ərindən səbəbsiz yerə boşanma tələb edirsə və əri bu tələbi rədd edirsə qadın buna görə günah qazanırmı?

Cavab: Boşanma tələb etmək üçün qadının üzrlü bir səbəbi yoxdursa, kişinin talaq verməsi tələb olunmur. Lakin kişi səy göstərməlidir ki, ülfət və məhəbbət yaradan səbəbləri araşdırsın, boşanmaya aparan səbəbləri aradan qaldırsın.

Çünki ola bilsin ki, boşanma tələb etmək üçün qadının səbəbləri var. Məsələn, pis əxlaq və yaxud simiclik və ya bütün gecəni bayırda keçirib gecənin son saatlarında evə gəlmək və yaxud bundan başqa səbəblər ola bilər. Ona görə də, bu şeylərə diqqət yetirməsi və qadına lazımi haqqını vermək üçün Allahdan qorxması kişiyə vacibdir.

Qadına gəldikdə isə səbəbsiz yerə qadının boşanma tələb etməsi caiz deyil.

Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə söylədiyi rəvayət olunur:

“Heç bir səbəb olmadan hansı qadın boşanma tələb edərsə, Cənnətin qoxusunu hiss etməyəcək”.

…Bu, şiddətli bir xəbərdarlıqdır.

Ona görə də, qadına vacibdir ki, öz həyat yoldaş ilə gözəl keçinsin və məruf işlərdə (Allahın Kitabı və Onun Rəsulunun (Allahın ona salavatı və salamı olsun) sünnəsinə müvafiq olan, şəriətə zidd olmayan məsələlərdə) ərinə qulaq asıb ona itaət etsin və üzrlü bir səbəb olmadan ərindən boşanma tələb etməsin. Səbəb varsa bunda bir problem yoxdur, məsələn: əri simicdirsə və qadının haqqlarını vermirsə və yaxud içki içmək və bunun kimi çoxlu asiliklər edirsə və yaxud bütün gecəni bütün günü bayırda keçirirsə və ya həyatını sıxıntılı edirsə və ya bundan başqa səbəblər varsa, o zaman bunlar etibarlı səbəblərdir.

Və yaxud ola bilsin ki, qadın kişiyə (çox) nifrət edir və Allah onun qəlbində ərinə qarşı sevgi qoymayıb və ərinə olan nifrətindən dolayı ərinin haqqlarını verə bilmir. Ərinin haqqlarını yerinə yetirməməkdən dolayı günaha düşməməsi üçün qadının boşanma tələb etməyində bir qəbahət yoxdur. Qadın ərindən boşanma tələb edirsə və talaq üçün səbəb qadının ərinə nifrət etməsi olubsa, o zaman ona verilən mehri və cehizləri ərinə geri qaytarmalıdır.

Bununla belə boşanma tələb etmək üçün səbəb kişidirsə, məsələn qadının haqqlarını vermir və yaxud qadının ehtiyaclarını yerinə yetirməkdə simiclik edir və ya bütün gecəni bayırda keçirirsə və yalnız yorulduqda gecənin son saatlarında evə gəlirsə və ya içkiyə qurşanırsa, o zaman boşanma tələb etmək üçün bunlar üzrlü səbəblərdir.

İbn Bəzz, “Boşanmaya dair fətvalar”, səh. 236


Tarix: 02.04.2013 / 20:30 Müəllif: *Beyaz_Gul* Baxılıb: 223 Bölmə: Maraqlı melumatlar
loading...