beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibretamiz Qadının ərinə Itaəti

Ənsardan olan bir kəs səfərə çıxmaq istədiyi zaman öz xanımına: “Mən səfərdən qayıtmadıqca evdən çölə çıxmağa haqqın yoxdur” dedi. Qadın, əri səfərə çıxdıqdan sonra atasının xəstələndiyini eşitdi.
Bu zaman bir qadın vasitəsiylə Peyğəmbərə (s) belə bir xəbər göndərdi: “Ərim səfərə çıxmışdır. Səfərə çıxdığı zaman “mən evə qayıtmadıqca evdən çölə çıxma” deyə əmr etdi. İndi atamın çox ağır bir şəkildə xəstələndiyini eşitdim. İcazə verin gedim ona baş çəkim.”

Peyğəmbər (s) cavab olaraq belə buyurdu: “Evində otur və ərinə itaət et.”

Beləcə aradan bir neçə gün keçdi. Qadın atasının xəstəliyinin daha da ağırlaşdığını eşitdi. İkinci dəfə yenə də Peyğəmbərə (s): “Ey Alllahın Rəsulu, icazə verin atamın ziyarətinə gedim” deyə xəbər göndərdi.

Peyğəmbər (s): “Xeyir, evində oturaraq ərinin sözünə itaət et” deyə cavab verdi.

Qadın bir müddətdən sonar atasının öldüyünü eşitdi. Üçüncü dəfə yenə bir kəs vasitəsiylə Peyğəmbərə (s) belə bir xəbər göndərdi: “Ey Allahın Rəsulu, icazə ver atamın yas mərasiminə qatılım, ona namaz qılım.”

Peyğəmbər (s) bu dəfə yenə icazə verməyərək “Evində otur və ərinə itaət et.” deyə buyurdu.

Qadının atası dəfn edildikdən sonra Peyğəmbər (s) bir kəsi o qadının yanına göndərərək ona: “Ərinə itaət etdiyindən dolayı, Allahu-təala sənin və atavın günahlarını bağışladı.” deyilməsini buyurdu…”


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 36 Bölmə: Maraqlı melumatlar