beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Könüllü sədəqə

Könüllü sədəqəni, çox vermək müstəhəbdir. Uca Allah buyurur: «Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir, (buna layiq olanları) biləndir».

Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Hər gün insanlar səhərə çıxdıqda iki mələk nazil olar. Onlardan biri deyər ki, Allahım sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım xəsislik edib sədəqə verməyənə xəsarət ver»[1].
Müsəlmanın sədəqəsinə ən layiq olan kimsə, onun ailəsi, qohum-əqrəbasıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Miskinlərə kömək etmək sədəqədir. Qohum-əqrəbaya kömək etmək isə iki savabdır. Həm sədəqə, həm də qohumluq əlaqələrini qorumaq»[2].

* * *



[1] Buxari: 3/ 304/ ? 1442. Müslim: 2/ 700/ ? 1010.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3858. Tirmizi: 2/ 84/ ? 653.


Tarix: 01.05.2013 / 16:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar