beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏMƏLLƏR NİYYƏTLƏRƏ BAĞLIDIR

1.«Bil ki, xalis din yalnız Allaha məxsusdur». (əz-Zumər 3). «Halbuki, onlara əmr edilmişdir ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur». (əl-Bəyyinə 5). De ki: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyrulmuşdur və mən ilk müsəlmanam!» (əl-Ənam 162-163).
Huzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Keçmiş ümmətlərdə) Heç bir həsənə (xeyir iş) etməmiş bir kimsə ölümün gəlib çatdığını və yaşamaq ümüdünü itirdikdə ailəsini yanına çağıraraq onlara vəsiyyət edib dedi: «Mən öldükdən sonra odun toplayıb tonqal qalayın. Sonra məni (tonqalın) içinə atın. Atəş mənim vücudumu (cəsədimi), sümüklərimlə birlikdə yandırıb qurtardıqdan sonra (qalan) sümüklərimi üyüdüb toz halına salın. Sonra küləkli bir havanı gözləyib (üyüdülmüş cəsədimi) küləyə tutub dənizin üzərinə sovurun. (Başqa rəvayətdə: «Allaha and olsun! Əgər Rəbbim məni ələ keçirməyə qadir olarsa aləmlərdə heç bir kimsəyə tətbiq etmədiyi bir əzabla məni cəzalandıracaqdır» dedi). Bu kimsə öldükdən sonra (yaxınları) onun dediyi kimi etdilər. (Başqa rəvayətdə: «(Qiyamət günü) Allah yerə də, dənizə də əmr edər! Aldığınız zərrələri geri qaytarın!»). Sonra Allah onu zərrələrinə kimi toplayaraq: «Səni bu işə sövq edən nə idi? (Nəyə belə etdin?») deyə buyurdu. O, kimsə: «Sənin qorxun! Ya Rəbbim!» deyə cavab verdi. Allah da o, kimsəni bağışladı (Buxari 3452, Müslim 2756-2757.)
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən Qiyamət günü əleyhinə hökm olunan ilk kimsə Allah yolunda (vuruşaraq) şəhid olmuş bir kimsədir. O, Allahın hüzuruna gətirilir. Allah da ona vermiş olduğu nemətləri xatırladır. O, da onları etiraf etdikdən sonra (Allah): «Bu verdiyim nemətlərin əvəzində sən nə əməl etdin?» deyə buyurur. (Şəhid): «Mən Sənin yolunda vuruşdum və şəhid oldum!» deyə cavab verir. (Allah): «Sən yalan söylədin! Çünki sənə cəsursan desinlər deyə vuruşdun və (onlar da) sənin haqqında belə dedilər!» deyə buyurur. Sonra əmr verilir və o, kimsə üzü üstə sürüklənərək Cəhənnəmə atılır».
(İlk sorğuya çəkilənlərdən biri də) Elm öyrənmiş, öyrəndiyini başqalarına öyrətmiş və Quran oxuyan bir kimsədir ki, Allahın hüzuruna gətrilir. Allah da ona vermiş olduğu nemətləri xatırladır. O, da onları etiraf etdikdən sonra (Allah): «Bu verdiyim nemətlərin əvəzində sən nə əməl etdin?» deyə buyurar. (Alim): «Elm öyrəndim, öyrəndiyim (elmi) başqalarına öyrətdim və Sənin rizan üçün Quran oxudum!» deyə cavab verir. (Allah): «Sən yalan söylədin! Çünki sənə (sən) alimsən desinlər deyə elm öyrəndin, gözəl qiraətçisən desinlər deyə Quran oxudun və sənin haqqında da bunlar söylənildi!» deyə buyurar. Sonra əmr verilir və o, kimsə üzü üstə sürüklənərək Cəhənnəmə atılır».
(Sorğuya çəkilənlərdən biri də) Allahın var-dövlət verdiyi və hər cür sərvət ehsan buyurduğu bir kimsədir ki, Allahın hüzuruna gətrilir. Allah ona da vermiş olduğu nemətləri xatırladır. O, da onları etiraf etdikdən sonra (Allah): «Bu verdiyim nemətlərin əvəzində sən nə əməl etdin?» deyə buyurur. (Varlı): «Xərclənilməsini sevdiyin elə bir yol yoxdur ki, mən o, yolların hamısında Sənin rizan üçün (malımı) sərf etməyim!» deyə cavab verir. (Allah): «Sən yalan söylədin! Çünki sənə (sən) mərhəmətli-sən desinlər deyə sərf etdin və sənin haqqında da bunlar söylənildi!» deyə buyurar. Sonra əmr verilir və o, kimsə üzü üstə sürüklənərək Cəhənnəmə atılır»(Müslim 1905.)


Tarix: 25.04.2013 / 18:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar