Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: ƏŞHURUL-HURUM ( HARAM AYLAR)

Haram aylar, hörmətə layiq aylar (Zu`l-Qa`də, Zu`l-Hiccə, Muhərram, Rəcəb).
Bu aylarda müharibə etmək qadağan olunduğu üçün bu ad verilmişdir.

Haram aylar, ərəblərin Hz. İbrahimdən bəri istifadə etdikləri qəməri aylardandır. Yəni ayın hərəkətinə görə nizamlanan aylarındandır. Hicrət islam tarixində bir çevriliş nöqtəsi olduğu üçün hicrətin edildiyi ay olan Məhərrəm ayı Hz. Ömərin dövründə təqvim başlanğıcı olaraq qəbul edilmişdir. Beləcə, hicrətin edildiyi il birinci il olmaqla hicri-qəməri il ortaya çıxmışdır. Məhərrəm ilə başlayıb Zilhiccə ilə sona çatan hicri-qəməri ilin ayları bunlardır: Muhərram, Safər, Rəbiul`l-Əvvəl, Rabiu`s-Səni, Cumadə`l-Əvvəl, Cumadə`l-Axir, Racəb, Şa`ban, Ramazan, Şəvval, Zu`l-Qa`də, Zu`l-Hiccə

Quranda haram aylardan Tövbə surəsində bəhs edilir:
“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir! Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şəbana və ya zülqədə, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bəzən halal, halal olan bir ayı da bəzən haram hesab edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!” (Ət- Tövbə, 9/36-37) .

Ərəblərin haram ayı necə halal saydıqlarına gələndə; Ay ili (354 gün) ilə günəş ili (365 gün) arasında on bir gün fərq olduğuna görə qəməri aylar hər il on bir gün əvvəl gəlirdi. Buna görə Həcc mövsümü bəzən qışın ortasında gəlir, bəzən isə yayın ən isti vaxtlarına təsadüf edirdi. Bu vəziyyət müşrikləırin xoşuna gəlmirdi. Çünki, yayın istisində, qışın soyuğunda bədəvilər Kəbə ziyarətinə gələ bilmir, ticarət həyatı axsıyırdı. Buna görə hər üç ildə bir dəfə məclis toplanır, o ilin aylarına bir ay əlavə olunaraq ay ili on iki aydan on üç aya çatdırılırdı. Həcc mövsümü isə davamlı olaraq, dörd mövsümdən əlverişli (məsələn məhsullarının yetişdiyi) mövsümə qalırdı.Bundan dolayı Həcc mövsümü dəyişmir fəqət aylar yer dəyişdirirdi. Məhərrəm ayı Səfərdən başlayaraq sırası ilə on ikinci ay olan Zilhiccəyə qədər bütün on bir ayın yerini alırdı.Beləcə, haram aylar halal ayların yerinə keçirdi. Həcc ayı da (Zilhiccə), hər il on bir ay sonraya qaldığı (yəni gecikdirildiyi) üçün həqiqi Həcc ayı olan Zilhiccənin doqquzuncu günü ancaq otuz üç ildə bir dəfə öz yerini tapırdı. Hicrətin onuncu ilinin Zilhiccəsi əsil yerinə gəlmişdi.

Peyğəmbərimiz (s.a.s.) Vida Xütbəsində haram aylar haqqında belə buyurmuşdur: "Ey insanlar, hərb etmək üçün haram ayların yerini dəyişdirmək, şübhəsiz ki, küfrdə həddini aşmaqdır. Bu, kafirlərin özüylə dəlalətə düşdükləri bir şeydir. Allahu Təalanın halal və Haram qıldıqlarının sayına uydurmaq üçün edirlər.Onlar Allahın haram qıldığına halal, halal qıldığına haram deyərlər. Hüç şübhə yoxdur ki, zaman, Allahu Təalanın yaratdığı gündəki şəkli və nizamına qayıtmışdır. İl on iki aydır; dördü haram aylardır; üçü ardıcıl gəlir: Zu`l-Qa`də, Zu`l-Hiccə , Muhərram və Şabanla Cumadə`l-Axir arasındakı Mudar qəbiləsinin Rəcəbi (Mudar qəbiləsi Rəcəb ayına çox hörmət etdikləri üçün belə deyilmişdir).

Bu aylarda müharibə qadağan olunmuşdur. ."Nəfislərinizə zülm etməyin'' ayəsindəki "zülm" günah işlətmək mənasındadır. Bu aylarda günah işlətməyin cəzası digər aylardan daha çoxdur.


Tarix: 14.04.2013 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 214 Bölmə: Maraqlı melumatlar
loading...