beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keysariyya əməliyyatı ilə doğuşların şəriətdə hökmü

Sual- Doğulacaq körpənin həyatı üçün təhlükə, qorxu varsa Keysariyya üsuluna baş vurmaq vacibdirmi? Mənə elə gəlir ki, bu cür əməliyyatdan çox istifadə edilir və ola bilsin ki, müsəlmanların uşaqlarının sayını azaltmaq və müsəlman qadınların bətnlərinin zəifləməsi üçün bu Qərb tərəfindən istifadə olunan bir hiylədir. Mən bilmək istəyirəm ki, bu cür cərrahiyyə əməliyyatına baş vurmaq və təbii ağrılar başlamazdan əvvəl bunu yerinə yetirməyə tələsmək vacibdir? Yəni, bundan niyyət uşağı qorumaq üçün göstərilən səylərdir. Yaxud uşağın yaşayacağına və ya öləcəyinə məhəl qoymadan təbii ağrıların başlamasını gözləmək lazımdır?

Cavab- Həmd Allaha məxsusdur.

Birincisi:

Keysariyya uşağı anasından götürmək üçün qarın nahiyəsinin kəsilməsi ilə yerinə yetirilən əməliyyatdır. Deyilənə görə Culius Sezarın adına görə belə adlandırılmışdır. Çünki bu qaydada ilk doğulan uşaq o olmuşdur. Anası ağrı əsnasında vəfat etmişdir. Bundan sonra həkim onun anasının qarnını yarmış və onu oradan götürmüşdür. Sezar ömür sürərək Romanın imperatoru olmuşdur.

İkincisi: Təbii doğuş ana üçün daha xeyirlidir. Lakin bu o demək deyildir ki, Keysariyya əməliyyatı zərurət yarandıqda istifadə olunmamalıdır. Bu cür zərurət halları aşağıdakılardan ibarətdir:

• Cift uşaqlığın aşağı hissəsində olduqda
• Dölə oksigen daxil olmadıqda, kəsildikdə
• Tazda şişlər olduqda
• Yüksək qan təzyiqi olduqda
• Ananın və uşağın həyatına təhlükə yaradacaq qanaxma baş verdikdə
• Bir-birinə birləşmiş ekiz uşaqlar olduqda
• Döl anormal olaraq böyük olduqda
• Həmçinin digər zərurət halları

Bu Allah təalanın böyük nemətlərindən biri, Allah təalanın öz qullarına qarşı mərhəmətinin, rəhminin bir təzahürüdür.

Bir çox həkimlər Keysariyya əməliyyatına baş vurmaqla səhlənkar yanaşırlar. Çünki onlar daha çox pul qazanmaq istəyirlər və yaxud təbii doğuş zamanı doğuş edən qadın ilə əlaqədar səbr edə bilmirlər. Bəzi qadınlar bədənlərinin incəliyini, cazibəsini qorumaq üçün bu cür cərrahiyyə əməliyyatına baş vururlar və yaxud uşağın ağrılarından qaçınmaq üçün buna gedirlər.

Şübhəsiz ki, bu cür etmək bir çox faydaların itkisi ilə nəticələnir və həmçinin ana və gələcəkdə doğulan uşaqlar üzərində təsiri var. Necə ki, bunu sual verən qardaşımız qeyd etmişdir.

Şeyx Muhəmməd ibn Salih əl-Üseymin rahiməhullah demişdir:

Bu fürsətdən istifadə edərək bizə bildirilən bir hadisəni qeyd etmək istərdim. Belə ki, bir çox kişi və qadın mamalar (akuşerlər) xəstəxanalarda doğuşun Keysariyya deyə bilinən cərrahiyyə üsulu ilə həyata keçirilməsində çox hərisdirlər. Mən əndişə edirəm ki, bu müsəlmanlara qarşı bir hiylə ola bilər. Çünki bu üsulla nə qədər çox uşaq doğulsa, qadının qarnı bir o qədər zəifləyir və hamiləlik qadın üçün təhlükəli olur. Qadın hamilə qala bilmir. Özəl xəstəxanalarda çalışan bəzi insanlar mənə deyirlər ki, bir çox qadınlar xəstəxanaya gedir və oradakı mütəxəssislər onlara deyir ki, keysariyyanın alternativi yoxdur. Sonra da qadınlar həmin özəl xəstəxanalara gedirlər və təbii yolla doğuş edirlər. O qeyd edir ki, bir ay ərzində bu cür 80 hala rastlanmışdır. Bu o deməkdir ki, məsələ ciddidir və buna mütləq diqqət yetirmək lazımdır. Qeyd etmək lazımdır ki, bu halda müəyyən qədər ağrı və əldən düşmə, yorğunluq, çətinlik qaçınılmazdır.

Allah təala buyurur:
“Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur”. (Əl-Əhqaf 46:15)

Qadının ağrıdan qaçması məqsədilə, o sadəcə sıxılma hiss edəndə yerinə yetirilən bir üsul deyil (ağrılar mütləq olacaqdır). Təbii doğuş keysariyyadan daha yaxşı, xeyirlidir. Sitatın sonu.

Liqaat əl-bab il-məftuhə (2/sual 42)


Şeyxdən Allah ona rəhmət etsin həmçinin soruşmuşdurlar:

Allah təala Abəsə surəsində buyurur: “Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı”. (Abəsə 80:20)

Deməli, Allah təala yeni doğulacaq uşaq üçün doğuşu asanlaşdırmağa zəmanət verir. Bir çox qadın və kişilər şahidi olublar ki, keysariyya əməliyyatını etmək üçün qadınlar yarışırlar, tələsirlər. Elə isə, bu Allah Azzə və Cəlləyə olan təvəkkülün zəifliyinin əlaməti deyil?

O belə cavab vermişdir:

Mən düşünürəm ki, insanların indiki zamanda istifadə etdiyi bu üsula üz tutmaları-yəni qadınlar sıxılma hiss edərək xəstəxanaya üz tutmaları və həkimlərin onun üçün keysariyya əməliyyatını icra etmələri-onlara şeytan tərəfindən atılan vəsvəsədir. Yəni şeytan vəsvəsə verir ki, doğuş əsnasında meydana gələn zərər faydadan qat-qat çoxdur, çox olacaqdır. Çünki qadın doğanda, güc verdikdə mütləq ağrı hiss edir. Lakin bu ağrının bir sıra faydaları var:

1. Günahlara kəffarədir
2. Səbir edərsə və mükafatını Allahdan umarsa onun məqamı, dərəcəsi ucalır, yüksəlir
3. Qadın digər anaların çəkdiyi ağrıların dərəcəsini, şiddətini dərk edir
4. Allah təalanın ona bəxş etdiyi gözəl səhhət, sağlamlıq nemətinin qiymətini, dəyərini başa düşür
5. Uşağına qarşı sevgisini artırır. Çünki insan bir şeyə çətinliklə nail olduqda, bu onun üçün daha əziz olur
6. Uşaq adəti üzrə və məşhur olan yolla dünyaya gəlirsə, bu uşaq üçün və qadın üçün daha yaxşıdır
7. Bu cərrahiyyə əməliyyatı səbəbindən zərər hasil ola bilər. Çünki əməliyyat uşaqlığın divarlarını və s. zəiflədir və onu dağıda bilər. Həmçinin bu əməliyyat həm uğurlu, həm də uğursuz ola bilər.
8. Keysariyya ilə doğuş edən qadının təbii yolla doğmaq şansı azalır, güman edilmir. Çünki bu mümkün deyil və cərrahiyyə yerinin (tikiş yerinin) dağılma, sökülmə riski var.
9. Cərrahiyə etmək daha az uşağın dünyaya gəlməsi ilə nəticələnir. Çünki qarın müxtəlif yerlərdən üç dəfə kəsildiyində, zəifləyir və gələcək hamiləlik təhlükəli olur.
10. Bu bir növ dəbdəbədir, cah-cəlaldır, elə bir dəbdəbə, cah-cəlal ki, həlaka məhkum, düçar olur, onunla nəticələnir.

Allah təala buyurur: “Onlar bundan əvvəl (dünyada) naz-nemət içində idilər”. (Əl-Vaqiə 56:45)

Qadınlar səbir nümayiş etdirməli və mükafatını ummalı, təbii yolla doğuş etməlidirlər. Çünki bu dünya və axirətdə bu onlar üçün daha xeyirlidir. Bu məsələyə yeri gəlmişkən kişilər də diqqət yetirməlidir. Çünki biz bilmirik, bəlkə düşmənlərimiz bizim üçün bu üsulu asanlaşdırıblar ki, biz faydalardan məhrum olaq və itkilərə, zərərlərə məruz qalaq.

Sual: Dəbdəbə ilə nə qəsd edirsiniz?

Cavab: Dəbdəbə təbii yolla uşaq doğuşundan yayınmaqdır. Bu dəbdəbənin bir növüdür. Əgər dəbdəbə Allaha itaətə kömək etmirsə, o zaman bu əməl ya məzəmmmətə layiqdir və yaxud ən son həddə, zərurətdə icazəlidir, mübahdır.

Liqaat əl-bab il-məftuh (86/sual 17)

Xülasə: Keysariyya əməliyyatına təbii yolla doğuş baş tutmadıqda və ya ana, uşaq üçün təhlükə yarandıqda yalnız zərurət hallarında baş vurmaq lazımdır.

Allah daha yaxşı bilir.



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 372 Bölmə: Maraqlı melumatlar