beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahlar ağıla təsir edir və qəlbi möhürləyir

Allaha asilik ağıla pis təsir edir, çünki ağıl – nurdur və günahlar onu mütləq söndürürlər. Ağıl nurdan məhrum edilərsə onda zəifləyər və kütləşər.

Sələflərdən biri deyib: “Ağıldan məhrum olmayan heç kəs Allaha asi olmaz”. Bu həqiqətdir. Insan sağlam ağıla malikdirsə, onda şüur onu günahlardan çəkindirməlidir, çünki o Aləmlərin Rəbbinin mülki altındadır, Onun nəzarəti və Onun istəyindən asılıdır. Insan Onun mülkündə yaşayır və Onun sərdiyi yer üzərində gəzir, Onun mələkləri isə insana baxıb nəzarət edirlər! Quran onu günahlardan çəkindirir, ölüm onu günahlardan çəkindirir və Cəhənnəm onu günahlardan çəkindirir. Bundan əlavə, günahların işlənməsindən aldığı sevinc və ləzzət dünya və axirətdə məhrum olunacağı ilə müqayisədə heç nədir. Sağlam ağıla malik olan bundan vaz keçərmi?

Günahlar çox olduqda onlar insanın qəlbini möhürləyir və o arsız səfehə dönür. Uca Allahın bu sözlərini: “Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür”. (əl-Mutaffifin, 14) təfsir edərək əvvəlki müsəlmanların biri deyib: “Bu bir günahın o birinin üzərinə olmasıdır”.

Əl-Həsən (əl-Bəsri) deyib: “Günahın biri o birisinin üzərinə qəlb kor olana kimi qonar”. Digər təfsirçi deyib: “Onların günah və xətaları çoxaldıqda qəlblərini hər tərəfdən bürüdülər”.


Iş ondadır ki, insanların qəlbləri Allaha asilikdən pas bağlayır və o günahda davam edərsə onda onlar onu hər tərəfdən bürüyər. Sonra o möhkəmlənərək möhür və qıfıla dönür. Qəlb kobud örtüklə bürünür və insan düzgün yolla getdikdən və haqq biliyinə malik olduqdan sonra belə hala düşərsə dünya gözlərində alt-üst olar. Onda düşməni onun üzərində qələbə çalar və istədiyi yerə aparar.

Həmçinin, insan günahlara görə Allah Rəsulu(sav) , və mələklərin etdiyi duanın fəzilətindən məhrum olur. Allah Sübhanə Təala Peyğəmbərinə , mömin kişi və qadınlar üçün bağışlanma diləməyi əmr etmişdir. O həmçinin deyib: “Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: "Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et! Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən. Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur". (Ğafir, 7-9) Mələklər günahlarına tövbə edən, Quran və Rəsulun , Sünnəsini rəhbər tutan və özünə digər rəhbərlik axtarmayan möminlər üçün dua edirlər. Mələklərin dua etdikləri insanların keyfiyyətinə malik olmayan başqa heç kim onların dualarına ümid edə bilməz! Köməyi yalnız Allahdan istəyirik!


Tarix: 12.04.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Maraqlı melumatlar