Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dənizlə ticarət səyahəti edən kəs ölərsə o şəhid sayılırmı?

Sual: Dənizlə ticarət səyahəti edən kəs ölərsə o şəhid sayılırmı?
Cavab: Həmd Allaha məxsusdur.

Şeyxul İslam ibn Teymiyyədən (rahiməhullah-Allah ona rəhmət etsin) ticarət məqsədilə dənizlə səyahəti edən və dənizdə boğularaq ölən kəsin şəhid sayılıb-sayılmayacağı barəsində soruşurlar.

O cavab vermişdir, bəli, şəhid olaraq vəfat etmişdir. Nə qədər ki, günah etmək, asilik məqsədilə səhayət etmir, boğulub ölərsə şəhid sayılır. Çünki səhih hədisdə rəvayət olunmuşdur ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “(Suda) boğulan şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, yanaraq ölən şəhiddir, taundan ölən şəhiddir, uşaq doğarkən ölən qadın şəhiddir, uçan binanın altında əzilərək ölən şəhiddir”. Həmçinin başqa cür ölən insanlar da qeyd olunmuşdur.


Bir kəs dənizlə ticarətin daha təhlükəsiz olduğunu düşünürsə, ticarət məqsədilə dənizlə səyahət etmək olar. Əgər dənizlə səyahət təhlükəlidirsə, o zaman həmin kəs ticarət məqsədilə səyahət etməməlidir. Əgər bunu edərsə (təhlükəli olduğu halda səyahət edərsə), o zaman həmin insan öz ölümünə kömək etmişdir. Ona görə də bu halda biz onun şəhid olmasını söyləyə bilmərik. Allah daha yaxşı bilir.

Əl-Fətəvə əl-Kubra 3/23


Tarix: 06.04.2013 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar
loading...