beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərinin sözünə qulaq asmayan qadının hökmü

Sual: Ərinin sözünə qulaq asmayan və ona itaət etməyən, bir çox məsələlərdə ona qarşı çıxan, məsələn, icazəsi olmadan evdən çıxan və bəzən onun xəbəri olmadan gizlincə evi tərk edən qadın haqqında hökm nədir?

Cavab: Yaxşı işlərdə (mərufda) qadına ərinə qulaq asması vacibdir və ona qarşı asilik etmək qadına qadağandır, yalnız ərinin icazəsi ilə evi tərk edə bilər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Kişi zövcəsini yatağa çağırdıqda o gəlməkdən imtina edərsə, və əri ona qəzəbli qalarsa, mələklər ona səhərə qədər lənət edərlər”.

Hədis barəsində ittifaq edilmişdir.

Buxari özünün “Səhih” əsərində (6/150) “əri ona qarşı qəzəbli qalarsa” ifadəsi olmadan hədisi rəvayət etmiş, Müslim bu hədisi “Səhih” əsərində “qadın onun yanına gəlməkdən imtina edərsə” ifadəsinin yerinə, “qadın ona gəlməzsə” ifadəsini qeyd edərək hədisi rəvayət etmişdir.

Həmçinin peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Birinin digərinə səcdə etməsini əmr etsəydim, “Həqiqətən də mən qadına öz ərinə səcdə etməsini əmr edərdim, çünki kişinin zövcəsi üzərində haqqı böyükdür” (Əbu Davud özünün “Sünən” əsərində (2/250) bu hədisi rəvayət etmişdir).

Allah təala buyurur: “Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qo-ruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür”. (ən-Nisa 4:34)

Beləcə Allah sübhənahu və təala bəyan edir ki, kişinin qadın üzərində haqqı var və bu haqq ona tanınmadıqda, imtina, inkar olunduqda kişi lazımi ölçü götürür. Həmçinin ayədə göstərilir ki, kişiyə yaxşı işlərdə (mərufda) itaət etmək vacibdir və haqqsız yerə qadının kişiyə qarşı çıxması haramdır.


Tarix: 05.04.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar