Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏHƏBBƏT GÖSTƏRMƏK

(Dəyərli əxlaq alimi Ustad Ənsarianın nəzərlərinə əsasən)

Qudsi hədislərdə insandan elə sual-cavab olunur ki, bunların kökündə mehr və məhəbbət durur:

“Ey insanlar! Sizə əmr etdiyim vacibatları deyilən kimi yerinə yetirmisinizmi?

Öz malınızla yoxsullara və kasıblara yardım etmisinizmi?

Sizə pislik edənlərə yaxşılıq etmisinizmi?

Sizə zülm edəni bağışlamısınızmı?

O kəs ki, sizinlə əlaqəni kəsib, onlarla barışmısınızmı?

Sizə xəyanət edənlərlə insaf və ədalətlə rəftar etmisinizmi?

Sizdən ayrılanlarla barışmısınızmı?

Övladlarınıza ədəb öyrətmisinizmi?

Rəbbani əməllərinizdən din və dünya haqda soruşmusunuzmu?”

“Agah olun ki, mən gözəl zahiri görünüşə nəzər etmirəm. Mən qəlblərinizə və əməllərinizə nəzər salıram. Bu zaman sizdən razı olaram. O kəsin ki, özünə mehr və məhəbbəti vardır, dünya və axirətin azabından nicat tapmaq məqamında imana, gözəl əxlaqa və saleh əmələ bəzənərək, ayağa qalxar. O kəs ki, başqalarına məhəbbət bəsləyir, daim onlara xidmət etmək istəyir. Bu - elə bir məhəbbətdir ki, imana, əmələ, əxlaq və xidmətə bəzənmişdir. Həqiqətdə İlahi mehr və məhəbbətin cilvəsidir. Belə ki, Quran buyurar: “Şübhəsiz o kəslər ki, iman gətiriblər və bəyənilmiş işlər görürlər, onlar - ən yaxşı məxluqlardır”.

Beləliklə, Əhli-beytin (ə) mübarək yolunun davamçısı olmaq istəyən hər bir şəxs, məhz gözəl əxlaq göstərməklə bu yola sadiqliyini təsdiqləməli, yaranmışların ən yaxşısı olmaq statusuna yetişməyə can atmalıdır.


Hazırladı: Məşhədi Xanım


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Maraqlı melumatlar
loading...