beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytanın insan üçün qurduğu tələlərdən üçüncüsü

Şeytanın tələlərindən biri də: and içərək nəsihətçi roluna girməsidir. Necə ki, atamız Adəmə və anamız Həvvaya da belə etmişdir. "And içirəm ki, mən sırf sizin yaxşılığınız üçün deyirəm! Sizə nəsihətdən başqa bir məqsədim yoxdur!" deyərək andlar içmişdir, onların əbədiyyən cənnətdə qalmalarından başqa bir şey istəmədiyinə dair onları inandırmışdı. Uca Allah bu halı bizə bu ayədə xəbər verməkdədir: "Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: 'Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!' Həm də onlara: 'Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm',- deyə and içdi. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: 'Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?'" (Əraf surəsi, 20-22)
Vəsvəsə nədir? Vəsvəsə: insanın öz içində duyduğu fısıltı, gizli bir səsdir. Bu səbəblə qadınların bəzək və zinətlərinin çıxardığı xəfif səsə də "vəsvəs" deyilmişdir. Vəsvəsəyə düşən insana da "muvəsvis" deyilir. İnsan bu hala, içində duyduğu gizli və fısıltılı səsə daha çox tabe olması ilə düşür. Necə ki, bir ayədə buna toxunulmuş və belə buyrulmuşdur: "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)" (Qaf surəsi, 16)
Allahın düşməni olan şeytan, Adəm ilə Həvvanın qadağan olunan ağacdan yedikləri zaman, başlarına gələcəyini bildiyi üçün, andlar içərək onları yollarından çəkməyə çalışdı və buna nail oldu. Onlarla Allahın arasını açdı və çirkin yerlərinin açılıb onlara görünməsi üçün çox vəsvəsələr verdi. Onlar o ağacdan yedilər, örtükləri açıldı və çirkin yerlərini gördülər. Elə günah da belədir. Kiçik olsun, böyük olsun, hər günah Allah ilə qul arasındakı örtünü qaldırır və bir ölçü daxilində qulun Allahdan uzaqlaşmasına səbəb olur.
Zahiri və ya batini çirkinliklərdən bəziləri də bu səbəblə açığa çıxmış olur. Bununla əlaqəli bir hədis də bu yöndə bir fikir və ibrət verir. Buxarinin rəvayətinə görə Peyğəmbər (s.ə.s) yuxusunda kişi və qadınların necə əzab çəkdiklərini görmüş, onları bütün paltarlarının soyunmuş və çirkin yerləri açıqda qalmış bir vəziyyətdə görmüşdür. Hədisin mətninə gəldikdə isə o belədir: "Biz (Peyğəmbər (s.ə.s) ilə Cəbrayıl (ə.s)) bir yerə girdik. Bura, altı geniş, üstü dar bir soba kimi yer idi. Altından alovlanırdı. Atəşin alovları yüksəlib onlara yaxınlaşınca qaçıb çıxmağa çalışırdılar, ancaq çıxa bilmirdilər. Bunlar burada, bu şəkildə əzab görən kişi və qadınlar idi. Bunlar, tamamilə çılpaq idilər. Bunlar, dünyada ikən zina edən kişi və qadınlardır" (Buxari, Kitabul Cənaiz, 2/104-105; Müsnəd, 5/8-14)
Hər növ qüsur və ayıblardan münəzzəh olan uca Rəbbimizin qullarına lütf və əsirgəmədiyi iki libas – örtü – vardır. Biri: insanların çirkin yerlərini örtüb üst-başlarını örtdükləri libas, digəri də, təkva dediyimiz mənəvi libas. İnsan, zahiri bədənini örtən paltarı çıxartdığı zaman necə zahiri çirkinlikləri ortaya çıxarsa, təkva dediyimiz mənəvi libasını çıxardığı zaman da içindəki bəzi çirkinlikləri bayıra vurmuş olur.
Şeytanın burada, yəni Adəm ilə Həvvanı aldatmaqda ən böyük tələsi, şübhəsiz onların cənnətdə əbədiyyən qalmalarını istəyir kimi görünməsi və buna dair andlar içməsi olmuşdur. Adəm və Həvva da, onun belə yalan yerə və aldadıcı bir şəkildə and içəcəyinə fikir verməmişlər. Bu saflıqları səbəbiylə onun "həqiqi bir nəsihətçi" olduğunu zənn edərək ona inanmışdılar. Bax şeytan Adəmoğullarının da qanına belə girər... ardı arası kəsilməyən vəsvəsələr verərək, içdən və dərindən gizli və yüngül bir səslə insanın nəfsinə səslənərək özünə itaət etdirir. Çünki o, onun qan damarlarında dolaşır, bu əsnada insanın özünə təmas edər, isnanın ən gizli arzularını oxuyar və hiss edər. Onun nəfsinin gizli və ən məhrəm arzuları istiqamətində ona fısıldayar və təsir edər.
Nə qədər ibrətlidir ki, Quranın "şeytanların övliyası və dostları" dediyi küfür və üsyan əhli kimsələr də belə çox aldadıcı olurlar. Digər isnanlara, gizli və nəfsani arzuları istiqamətində nüfuz edərək öz yollarına çəkərlər və beləcə şeytanlara yardım və dostluq edərlər. Nəfsani və şeytani qapı və yollardan gedənlərə yardım edərlər, ilahi və rəhmani yoldan gedənlərə də əngəl olarlar.
Şeytan, hələ cənnətdə yaşamaqda olan Adəm atamız ilə Həvva anamızın da ən gizli arzularını oxuyub görmək üçün çox çalışdı. Ən sonda gördü və anladı ki, hər ikisinin də gizli və əsas arzusu, cənnətdə əbədi qalmaqdır. Bax onların bu damarlarından girərək və "sırf onların cənnətdə əbədi qalmalarını istədiyi üçün, andlar içərək" onlara, nəsihətçi olduğunu inandıra bilmişdi. Başqa yönlə onları yollarından çıxarmayacağını yaxşı bilirdi. Səmimiyyətindən onları şübhələndirməmək üçün də: "Allah, başqa bir səbəbdən deyil, sırf mələk olarsınız və ya cənnətdə əbədi qalarsınız deyə bu ağacdan yemənizi qadağan etmişdir. Yediyiniz halda, mələk olacaq və ya əbədi cənnətdə qalacaqsınız. Bu ağacın adı Şəcərətul Xuld – Əbədilik ağacıdır" deyirdi.
Bu ümmətin alimi və Tərcumanul Quran (Quranın tərcüməçisi) kimi ünvanlar ilə anılan İbn Abbas (r.a), burada bir incəlik zikr edir və belə deyir: "Adəm ilə Həvva, iki mələk olmaq arzusu ilə o ağacdan yemədilər. Şeytan ayrıca onlara, o ağacdan yedikləri təqdirdə cənnətin məliki – hökmdarı - olacaqlarını və əbədiyyən orada qalacaqlarını inandırmışdı. Onlar da həvəs göstərərək və inanaraq o ağacdan yedilər. Yəni şeytan onlara "Məlik (yəni sahibkar, padşah) olma və bu halda cənnətdə qalmağa həvəsləndirmə" qapısından girərək təsirli ola bilmişdir" İbn Abbbasın bu qiraət və açıqlamasına bu ayə dəlalət edir: "Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: 'Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?" (Taha surəsi, 120)
Katadədən gələn səhih bir hədisdə belə rəvayət olunur: "İsa (ə.s), birini, başqasına aid malı oğurlayarkən gördü və ona: "Oğurluq edirsən?"-deyə soruşdu. O dedi: "Özündən başqa ilah olmayan Allaha and olsun ki, oğurluq etmədim" dedi. İsa (ə.s) da onun belə islami mənada tövhidi dilə gətirdiyini və Allahın adı ilə and içdiyini görüncə : "Andını qəbul etdim, gözümün gördüyünü isə inkar etdim" deyə cavab vermişdir. (Buxari, 4/1426 Muslim 2/1838) Bəziləri bu hadisə ilə əlaqədar olaraq deyirlər : "Ehtimal olsun ki, İsa (ə.s.) onun oradakı bir malı aldığını gördüyündə onun bir başqasına aid malı götürdüyünü zənn etdi, halbuki o adam özünə aid olan malı götürmüşdü" Bu mücərrəd bir ehtimala söykənən bir təvildir və doğru deyil. Doğrusu budur ki, İsa (ə.s) hərhansı bir kimsənin belə tövhidi dilə gətirərək, uca Allahın adını zikr edərək yalan yerə and içəcəyini ehtimal etməmişdir. Allahın adı ilə edilən anda təzimlə, öz görüşünü səhf saymışdı. Necə ki, babamız Adəm (ə.s) da, İblis onlara belə bir and içdiyində onun andına inanmış və "Mən, birinin yalan yerə Allahın adı ilə and içəcəyinə ehtimal etməmişəm" deyə buyurmuşdur


Tarix: 18.04.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Maraqlı melumatlar