beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**QeYBeTiN_GuNaHi**

“Bir-birinizin qeybətini
etməyin , sizdən biriniz
ölmüş qardaşının ətini
yeməyə hazır olarmı?! Bu,
sizdə ikrah hissi oyadar.
Allahdan qorxun. Həqiqətən
Allah tövbələri qəbul
edəndir, rəhmlidir.”
Allahın rəsulu buyurub:
“Qeybətdən uzaq olun!
Çünki qeybət etmək
zinadan şiddətlidir. Zinakar
tövbə edər, Allah da onun
günahını bağışlayar. Amma
qeybət edənin günahı
qeybətini etdiyi onu
bağışlamayınca,
bağışlanmaz.”
Peyğəmbər (s) buyurub:
“Qəbir əzabı üç şeyə
görədir. Onun üçdə biri
qeybətə şamildir”.
“Müsəlmanın qeybətini
etməmək on min rükət
namazdan üstündür”.
İmam Əli (ə) buyurub:
“Qeybət aciz insanın son
cəhdidir . Əgər bir şəxsin
yanında müsəlman
qardaşının qeybəti edilsə
və həmin şəxs qeybəti
ediləni müdafiə edə bildiyi
halda onu müdafiə etməsə,
Allah dünyada və axirətdə
həmin şəxsi xar edər.
Möminlərin və
müsəlmanların qeybətini
etmək cəhənnəm itlərinin
qidasıdır. Qeybət edən ən
alçaq insan sayılır”.
Peyğəmbər (s) buyurub:
“Hər kəs din qardaşının
abrını hifs etsə, cənnət ona
vacib olar”.
İmam Əli (ə) buyurub:
“Allah yanında ən pis
insanlar qeybət edənlərdir.
Başqasının sözünü sənin
yanında deyən şəxs sənin
də sözünü başqasının
yanında deyər. Qeybət
eşidən də qeybət edən
kimi günahkardır. Qeybət
etməyə adət edənin günahı
böyükdür”.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar