beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Wehidlere Wahid Olan Allahin Adi Ile

Atacan, salam! Bu mənəm, sənin kiçik qızın Zəhra.Ey mənim ümüdim, ey mənim tənhalıq kölgəm. Bu sənə yazdığım neçənci cavabsız məktubumdu bilmirəm. Bəlkə də, yüzüncüdür. Ata, nə üçün mənə cavab yazmırsan? Sonuncu dəfə görüşdüyümüz yadındadır? Sən cəbhəyə yola düşürdün, mən isə ağlayır, getmə deyib sənə yalvarırdım, əllərindən öpür, nə olar, ata, getmə, deyirdim. Elə bil həmin gün hiss edirdim ki, budəfəki səfərin uzun çəkəcək. Atacan, nə üçün mən tərəfə nəzər salmırsan? And olsun Allaha! Yoruldum artıq. Səndən uzaq düşməyim qəlbimi qırdı, sarsıtdı. Neçə illərdir yolunu gözləyirəm. Hər dəfə qapımız döyüləndə yaralı quş kimi səni görmək ümüdu ilə ayaqyalın,başıaçıq qapıya qacıram. Ata! Gecələr şəklini qucaqlayıb yuxuya gedirəm. Kiçik qardaşəm Mehdi yalnız səni şəkillərdən tanıyır, iyni köynəyindən alır. Anam sənin barəndə ona çox danışıb. Anam dualarında elə hey səni anır. Sənin köynəyini səccadəsinin içinə qoyub, hər namazdan sonra onu iyləyir, göz yaşları axıdır. Ağlamaqdan artıq rəngi-ruhuda saralıb atacan! Əgər qayıdıb gəlsən bir daha səndən heş nə istəmərəm. Söz verirəm, bir an səndən ayrı düşməyəcəyəm, nə desən dərhal yerinə yetirəcəyəm. Sənin əl-ayağından öpüb bağrıma basaram. Sən Zəhranın canı, qayıt gəl!
Hərdən anama deyirəm:" Anacan, hamının atası qayıdıb gəldi. Bax qonşumuz qayıtdı, rəfiqəmində atası gəldi. Bəs nə üçün mənim atamın səfəri bu qədər uzun çəkdi? Məgər o, hara gedib? Axı o, bizə qarşı çox mehriban idi, bizi çox istəyirdi. Hər səhər gəlin yuxadan oyadır, üz-gözümüzdən öpərdi. Səfərə getdiyi zaman bizsiz ona çox çətin olduğunu deyərdi. Bəs nə üçün onun gəlişi bu qədər uzun çəkdi? Atacan! Bilirəm nə üçün bu qədər qəmginsən. Nə üçün gəlmədiyinidə hiss edirəm. Bizimlə olduğun son günlər Allaha çox müraciət edər, hey Quran oxuyar, Kərbəla şehidlərini yad edərdin. Amma bil ki, sənsiz hər şeyin rəngi birdir, hər şey adidir. Ata, sənə şikayətim də var. Siz gedəni çox şeylər dəyişdi. Savab və əxlaqı olmayanlar söz və mənsəb sahibi oldular. Məclislərdə şəhidlərin yeri görünür. Şəhidlər çox az yad edilir. Onların yetim balalarının haqqı tapdalanır. Canınız haqq-ədalət uğrunda fəda etdiniz. Amma hər yerdə rüşvət baş alıb gedir, əxlaqi dəyərlər ayaqlar altına atılır. Anam deyir, atan Allahın yanınadır, Allahın yanında onlar isə ölməz, Onun ruzisindan bəhrələnərlər.
Ata, sən Allaha bizdən daha yaxınsan, Allahdan bu millətin dadına çatmasını dilə. Allahdan dilə ki,ağamız İmam Hüseyn (ə) axirətdə şəfaətçimiz olsun. Onu da bil ki, mən səninlə fəxr edirəm!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar