beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən ona aşiq oldum

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Quran-i Kərimi oxuyarkən, Peyğəmbərimizin adı keçincə dərhal o mübarək adı sevgiylə, hörmətlə andim.
Musa əleyhissalamın zamanında heç kimin sevmədiyi, günahkar bir insan var idi. Bu öldü. Bu da adammi deyə zibilliyə atdılar.
Allahu təala Musa əleyhissəlama əmr etdi, mənim filan zibillikdə bir övliya qulum var, onu oradan çıxar, təmizlə, namazını qıl və dəfn et.
Musa əleyhissalam adamı çöplükten çıxardı, gözəl yudu, kəfənlədi, namazını qıldı, bu vaxt əhali çaşdı, Allahın Elçisi bunların zibilə atdığı adamı təmizləyir, kəfənləyir, namazını qılır.
Dəfndən sonra Musa əleyhissalam adamın evinə gəldi:

- Ey xatun, bu adam nə etdi, hansı xeyirli əməli etdi?

Qadın dedi ki:

- Ya Rəsulullah, bu heç kimin sevmədiyi, hər kəsin özündən qaçdığı biri, bunun yaxşı bir əməli yox idi.

- Yaxşı düşün, bunun xeyirli bir əməli, yaxşı bir işi var.

Qadın yenə

- Heç bir yaxşılığı yox idi, həmişə günah işlərdi dedi.

Üçüncü dəfə soruşdu:

- Bunun mütləq bir seyi var ki, Allahu təala mənə bunu defnetməmi söylədi.

Qadın dedi ki:

- Bir gün Tövrat oxuyurdu, oxuyarkən Məhəmməd əleyhissalamın Əhməd adı keçdi. Bu nə gözəl ad dedi, təkrar oxudu, yenə bu nə gözəl ad dedi. Sonra, ya Rəbbi, adı belə gözəl olanın kim bilir özü nə qədər gözəldir, mən ona aşiq oldum, dedi və adını öpdü
Musa əleyhissalam da tamam, aydın oldu buyurdu.
Belə bir Peyğəmbərə ümmət olmaq ən böyük nemətdir.

* Bir kimsə inanaraq Məhəmməd əleyhissalamın bir dəfə görsə, hətta arxadan görsə, əgər bir dəfə səsini eşitsələr, bütün elmlər (fən və din məlumatları və bütün yüksəkliklərdə) ona verilər, bu, boyaya batırılan parçanın boyanması kimidir.
Bütün üstünlüklər və elmlər belə ona keçir. Buna görə Əshabi-kiramın hamısı müctehidi, onların dərəcəsinə heç kim çata bilməz, bu üstünlük onlara məxsusdur.
* Sevgi itaətdir.
* Bu dünya elə də keçər belə də keçər, son dayanacaq bizi gözləyər.
* İş ibadətdir. Çalışan Allahın dostudur. Boş dayanmamalı. Onun dostu olmaq, razılığını qazanmaq üçün boş dayanmamalı. Bir gün, Peyğəmbər əfəndimiz, bir yerdən keçərkən, bos duran birinə salam vermədi. Dönüncə eyni adama salam verdi. Əshabi-kiram, (Keçərkən salam vermədiniz, dönüncə niyə salam verdiniz) deyə hikmətini soruşdular.

Buyurdu ki:

(Gedərkən heç bir iş etmirdi. Bekar olanları Allah sevməz. Allahın sevmədiyinə mən niyə salam verim. Dönüncə isə bir çöple olsa belə yeri qarışdırırdı. Yəni bir şeylər edirdi. Onun üçün salam verdim.)


Tarix: 06.06.2013 / 19:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar