beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sirr Saxlamaq

İslam inqilabının sirrlərini gizli saxlamağın zərurəti
İmam Əli (ə): "Sakitlik ağıldır. Sükut sağlığın səbəbi, sirr saxlamaq isə xoşbəxtliyin bir hissəsidir."
İmam Səccad (ə): "Allaha and olsun, mənimçün dostlarımın ən sevimlisi ən təqvalıları, ən fəqihi isə hədislərimizin daha çox sirlərini saxlayandır."
İmam Sadiq (ə): "Həqiqətən, pərdə və niqab arxasında olmaları barədə, bizim əhvalatımızdan əhd-peyman alınmışdır. Kim bizim ziyanımıza pərdələri yırtsa, Allah onu xar edər."
İmam Sadiq (ə): "Bizim sirlərimizi gizli saxlamaq Allah yolunda cihaddır."
İmam Sadiq (ə): "Hədisimizi bizim ziyanımıza açıqlayan kimsə, haqqımızı inkar edən kimidir."
İmam Sadiq (ə): "(Bizim) Sirləri faş edən kimsə, şəkk edəndir (və zəif əqidədədir). Onu hədis əhli olmayanların yanında danışan isə kafirdir."
İmam Sadiq (ə) "Bunun səbəbi Allahın ayələrinə küfr etməyiniz və Peyğəmbərləri nahaqdan öldürməyinizdir" ayəsi barədə): "Allaha and olsun, onları öz əlləri ilə öldürmədilər, qılıncları isə vurmadılar. Onların sözlərini eşidib faş etdilər və nəticədə Peyğəmbərlər tutularaq öldürüldülər."
Əbu Bəsir: "Çox hədis danışmaq barədə İmam Sadiq (ə)-dən soruşdum. Buyurdu: "Nə vaxtsa bizim hədislərdən nəyisə gizlətmisənmi?" Mən yadıma salmağa çalışdım. Həzrət məni bu halətdə gördükdə buyurdu: "Öz dostlarına dediklərinin eybi yoxdur.İfşa etmək odur ki, hədisi dost olmayanlara deyəsən."
Sirr saxlayan bədənin təqdir olunması
İmam Əli (ə): "Hörmət edilib, sayılan hər adsız-ünvansız bəndənin xoşa halına! O, camaatı tanıyır, camaat isə onu tanımır. Allah onu Rəbbindən razı kimi tanıyır (Allahdan razı bəndədir). Belə insanlar doğru yolun çıraqlarıdır."
İmam Sadiq (ə): "Məndən sonra qaranlıq, kor və şübhəli fitnələr qopacaq və onlardan yalnız adsız-sansız bəndələr canlarını qurtaracaqlar." Ərz etdilər: "Ey Əmirəl-möminin! Adsız-sansız bəndələr kimlərdir?" Buyurdu: "Daxilində nə olduğunu camaatın bilmədiyi kimsələr."


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar