Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha Sevdirin!

(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam!"
- deyən kəsdən daha gözəl danışan kim ola bilər?! (Fussilət, 33)

Rəsulullah (s.ə.v) buyurdu:

"Sizdən hər kim bir pislik görsə onu əliylə düzəltsin, gücü çatmazsa diliylə düzəltsin,
buna da gücü çatmazsa ürəyiylə nifrət etsin! Bu isə imanın ən zəif halıdır."
(Müslim, İman, 78)

Ənəs (r.ə) dəvətçilərin axirətdə nail olacaqları yüksək mərtəbələri izah edən bir hədisi
şərifi belə nəql edər; Rəsulullah (s.ə.v) bir gün belə buyurdu:

"-Sizə bir qisim insanlardan xəbər verim mi? Onlar nə peyğəmbər nə də şəhiddirlər.
Ancaq qiyamət günündə peyğəmbərlər və şəhidlər, onların Allah qatındakı
mövqelərinə qibtə edərlər. Nurdan minbərlər üzərinə oturmuşlar və
hər kəs onları tanıyar."

Əshab-ı kiram:

"-Onlar kimlərdir ya Rəsulullah, deyə soruşdular.

Allah Elçisi:

"-Onlar Allahın qullarını Allaha sevdirən və Allahı da qullarına sevdirən kəslərdir.
Yer üzündə nəsihətçi və təbliğçilər olaraq gəzərlər."

Mən:

"-Ey Allahın Rəsulu! Allahı qullarına sevdirməyi anladıq. Yaxşı, Allahın qullarını
Allaha sevdirmək necə olar, dedim.

Buyurdu ki:

"-İnsanlara Allahın sevdiyi şeyləri əmr edərlər, sevmədiyi şeylərdən də çəkindirərlər. İnsanlar da buna itaət edincə Allah onları sevər."
(Əli əl-Müttaki, III, 685-686; Beyhaki, Şuabu'l-iman, I, 367; Heysəmi, I, 126)

Təbliğ, İslam dininin əsaslarını izah edərək onları yaymağa, insanlara mənimsədib
əmrləri istiqamətində yaşamalarını təmin etməyə çalışmaqdır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar
loading...