Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***SaLaVaTiN_MeNaSi***

Salavat, lüğətdə dua
mənasındadır. Namaz da dua
olduğu üçün "Salat" adlanır.
Hal-hazırda insanlar arasında
salavatı iki şeyə aid edirlər.
Biri salam və məxsus duadır
ki, Həzrət Məhəmmədə (s)
aiddir. İkinci salavat isə
namazdır. Bəzilərinin fikrincə
"salavat" "tabeçilik"
sözündən ayrılıb tabeçilik
mənasına gəlir. Yəni namaz
Allaha tabe olmaqdır. Bəziləri
deyirlər: "Salavat" "silə"
sözündən götürülüb. yəni
həqiqi namaz odur ki, namaz
halında insan xalqdan ayrılıb
xaliqə birləşir və namaz qılan
bəndənin öz məbuduna
yaxınlaşmasına vasitə olur.
Bu zaman salavat ümmətin
Məhəmməd (s)-lə birləşməsi
mənasına gəlir.
Bəziləri Allah Təala
tərəfindən salavatı beş
mənada izah ediblər; rəhmət,
məğfirət, səna, təmizlənmə
və kəramət.
Hərf elminin alimlərindən
bəziləri deyirlər: "Salavat
aşaöıdakı tərkibə malikdir:
Salavatdakı "Sad" hərfi -
"Səməd", "Lam" hərfi -
"Lətif", "Bab" hərfi" -
"Vahid", "Ha" hərfi isə -
"Hadi" kəlməsindəndir ki,
bunların hamısı Allahın
adlarındandır.
Bəziləri deyir: "Salavat təslim
olmaq mənasındandır, yəni
özünü o kəsə təslim edəsən
ki, Allah onu özünün vəsi və
xəlifəsi seçib." Bu zaman
"Muhəmməd" çoxlu bəyənilən
və çoxlu ibadət edən
mənasında olar.
Daha yaxşı olar ki,
Məhəmmədi daha çox həmd
etsinlər, yəni o, hər növ
həmdlə tərif olunsun. Elə
buna görə də "Muhəmməd"
salavata aid edilib.
Bəziləri deyirlər ki,
"Muhəmməd" və "Əhməd" -
"həmid" sözündən götürülüb.
"Həmid" isə "Hamid"
mənasındadır. "Hamid" - səna
edən deməkdir. "Məhmud"
sözünü mənası isə "həmd-
səna olunan" deməkdir. Allah
bu iki adı (Hamid və Mahmud)
Peyğəmbər (s)-ə aid etmişdir.
O, Allahı həmd-səna edən
məqamda Əhməddir, yəni
hamıdan daha çox Allahı
həmd-səna edəndir. Həmd-
səna olunan məqamda isə
Məhəmməddir. Yəni hamıdan
daha çox həmd-səna olunub.
Peyğəmbər (s)-in əzəmətini
tanıdıqdan sonra
peyğəmbərlərin sonuncusu
olan o həzrətin həyatına
növbəti xəbərdə nəzər salıb
tanış ola bilərsiniz.
Mənbəə; Çətinliklərin həllinin
açarı, SALAVAT.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 146 Bölmə: Maraqlı melumatlar
loading...