beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CÜMƏDƏN ÖNCƏ VƏ SONRA NAMAZ QILMAQ

Əbu Hureyrə Peyğəmbərin belə dediyini rəvayyət edir: Kim cümə günü qüsl alarvə cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günühları bağışlanar.
Kim cümədən öncə məscidə gələrsə, imam minbərə çıxana qədər istədiyi sayda namaz qılsın. Amma bu gün cümənin əvvəl sünnəsi kimi tanınan namaza gəlincə, belə bir namazın qılınması tam əsassızdır. Bildiyimiz kimi Bilal azanı bitirən kimi Peyyğəmbər xütbəyə başlayardı. Bu arada heç kəs qalxıb iki rükət namaz qılmaz və namaz üçün yalnız bir azan verilərdi. Elə isə onlar bu namazı nə vaxt qılardılar?
Amma cümə namazından sonra ya iki, ya da dörd rükət sünnə namaz qılmaq olar.
Belə ki, Əbu Hureyrə Peyğəmbər belə dediyini rəvayyət edir: Biriniz cümə namazını qıldığındansonra dört rükət namaz qılınsın...
İbn Ömər deyir ki, Peyğəmbər cümə namazından sonra (məsciddə) namaz qılmazdı. Yalnız evində iki rükət qılardı....


Tarix: 03.06.2013 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar