Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahla danışıq

Adam pıçıldadı: “Allahım, danış mənimlə.”
Və bir quş oxudu ağacda. Amma adam eşitmədi
Sonra adam qışqırdı:
“Allahım,danış mənimlə!” Və səmada bir ildırım çaxdı. Amma adam qulaq asmadı ona.
Adam ətrafına baxdı və “Allahım səni görməyimə icazə ver” dedi.
Və bir ulduz parıldadı səmada.
Amma adam fikir vermədi. Və adam qışqırdı: “Allahım mənə bir möcüzə göstər!”
Və bir körpə dünyaya gəldi haralardasa. Amma adam bundan xəberdar ola bilmədi.
Sonra adam çarəsizlik içində mızıldadı: “Toxun mənə Allahım və burada olduğunu başa düşməyimi təmin elə!”
Bu zaman bir kəpənək ona toxundu. Və adam kəpənəyi əlinin tərsi ilə uzaqlaşdırdı...Və çıxıb getdi.
Allahın varlığını dərk etmək üçün Onu görməyimiz vacib deyil, çünki ətrafımızda olan hər şeydə Onu hiss etməyimiz üçün nişanələr
vardır...


Tarix: 04.06.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar
loading...