beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşura orucunun özəlliyi

Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki, bunun da adı "Məhərrəm orucu"dur. Müsəlmanlarla bahəm, yəhudi və xristianlarda da həmin gün "böyük gün" sayılır.


Məhərrəm ayının 10-cu günü, yəni Aşura orucunun fəziləti böyukdür. Belə ki, hədisi-şərifə görə, Hz. Məhəmməd (s.ə.s) buyurub: "Ramazan ayından sonra ən fəzilətli oruc "Şəhrullah" (Allahın ayı) olan Məhərrəm ayının orucudur. Fərz namazından sonra ən əfzəl (üstün) namaz gecə namazıdır" (Müslim, Əbu Davud, Tirmizi).


Məhz bu səbəbdən də mömin müsəlmanlar Məhərrəm ayını "şəhrullah", yəni "Allahın ayı"adlandırırlar.


Hədislərdə o da buyurulur ki, Allahın Rəsulunun (s.ə.s) özü də Aşura orucu tutarmış. Buna görə də Aşura gününün orucu digər sünnət oruclar kimi müsəlmanlara buyrulmuş tələblərdən biridir.



Yeni il xristian əsilli bayramdır və bu il Məhərrəm ayına təsadüf etdiyindən onun təmtəraqla, şövqlə qeyd edilməsi məsləhət bilinmir.


Tarix: 06.06.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar