beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim Cənnətə Daxil Olmayacaq?

Peyğəmbər (s.ə.s) buyurur:
«Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın».
«Ey Allah bəndələri! Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, bir-birinizlə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər Allah onlardan üz çevirər».
«Din qardaşı ilə üç gündən artıq küsülü olmaq doğru deyil. Üç gündən sonra onunla qarşılaşarsa, salam verib halını soruşmalıdır. O biri də salamı alarsa, birlikdə savaba çatarlar. Əgər salamı almazsa, günaha girər. Salam verən də küsülü durmağın məsuliyyətindən qurtulmuş olar».
«Bir-birindən küsülü olan iki adamdan kim əvvəlcə salam verərsə, günahları bağışlanar. Salam verdiyi halda, qarşıdakı salamını almazsa, bu şəxsin salamını mələklər alar».

Peyğəmbər (s.ə.s) buyurur: «Qeybət etməkdən çəkinin. O zinadan da pisdir. Çünki, zina edən tövbə etdikdə Allah onu qəbul edər, lakin qeybət edənin günahı qeybət olunan onu bağışlamadıqca bağışlanmaz».
«Meracda olduğumda bir qrup insana rast gəldim. Onlar dırnaqları ilə üzlərini və sinələrini cırırdılar. Cəbraildən onların kim olduğunu soruşdum. O, «onlar insanların ətlərini yeyən (yəni qeybət edən) və onların eyiblərini danışanlardır» - deyə cavab verdi».
«Qeybət nədir, bilirsiniz?». Səhabələr cavab verir: «Ən yaxşısını Allah və Rəsulu (s.ə.s) bilər». : «Qardaşınızın xoşuna gəlmədiyini onun haqqında söyləməkdir». Səhabələrdən biri sual verir: «Əgər söylədiyim xüsusiyyətlər onda varsa, onda necə?». Allahın Rəsulu (s.ə.s) buyurur:«Əgər söylədiklərin varsa, qeybət etmiş olarsan, əgər yoxdursa, onda ona böhtan atmış olarsan».
«Dedi-qodu ilə məşğul olan Cənnətə daxil olmayacaq».

«Qəzəb imanı sirkə balı xarab etdiyi kimi xarab edər».
«Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir».

Peyğəmbər (s.ə.s) buyurur: «Müsəlmana hiylə quran bizdən deyildir».
Müsəlmanlar müharibədən qayıtdıqdan sonra Peyğəmbər (s.ə.s) onları yanına çağıraraq buyurur: Xəbəriniz olmun ki, siz kiçik cihaddan qayıdırsınız. Müsəlmanlar onlan sonruşurlar: Ey Allah peyğəmbəri, əgər Allah yolunda vuruşmağımız kiçik cihaddırsa onda bəs böyük cihad hansıdır? Peyğəmbər (s.ə.s) buyurur: Böyük cihad nəfsinizə hakim olmanız və qəzəbləndiyiniz zaman qəzəbinizi boğa bilmənizdir.

İmam Baqir (ə) buyurur:
«Dünya işlərində tənbəllik edənlərə nifrət edirəm. Dünyasının işlərinə tənbəl olan, axirət işlərinə ondan da tənbəl olar».

İmam Sadiq (ə) buyurur:
«Əgər iki mömin bir-biri ilə görüşsə, Allah həmişə onlara rəhmət gözü ilə baxar. Onların günahları ağac yarpaqları kimi tökülər».
«Hər kim qəzəbini cilovlaya bilməsə, ağlına da sahib ola bilməz».

İmam Əli (ə) buyurur: «Dinin və dünyanın salamatlığı insanlarla mehriban olmaqdır».İmam Əli (ə) buyurur: «Kin bəsləmək eyiblərin ən pisidir».
«Qəzəbdən çəkinin. Onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır».
«Tövbə etmək qəlbləri paklayır, günahları yuyur».
«Məsləhət edən şəxs xətadan amanda qalar».


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar