beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÖLÜM SƏFƏRİ

Ölüm - sanki bir səfərdir. Dünya ilə axirət arasında bir yol, bir məsafədir. Bir etap, bir mərhələdir. Sadəcə bu səfərə düzgün hazırlaşmaq lazımdır.
Sanki bir şəhərə köçməyə hazırlaşan insan, orada yeni həyat başlamağa hazırlaşdığı kimi.

O, müxtəlif tətbirlər görür, ən gözəl mallarını, əşyalarını gələcəkdə yaşayacağı o şəhərə yola salır, ən yaxşı əməllərini tərcümeihalına yazılmasını istər, buradakı bütün işləri həll edir və ən əsas, təzə şəhərin yerli hakimiyyət və ya müəyyən təsiri olan strukturları ilə əlaqə və xoş münasibət yollarını indidən axtarır. Və artıq, qoyub gedəcəyi bu şəhərdə heç nəyə bağlanmır və orada çox qalmayacağını artıq dərk edir. Onu yeni şəhər, yeni həyat gözləyir. Bu yeni həyat müəyyən hazırlıq işlərini tələb edir. Bu çox ağıllı, uzaqgörən və təbii bir haldır.

Abdullah bin Məsuddan (r) rəvayət edilən bir hədisdə də, Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: «Dünya ilə mənim nə işim var! Bu dünyada mən, agacın kölgəsində (bir müddət) dayandıqdan sonra yoluna davam edən bir atlı kimiyəm!»
(İmam Nəvavi, «Riyadus-Salihin», ? 486: Tirmizi, Kitabuz-Zühd, 2388; Əhməd b. Həmbəl, 1/391, 444.)

Bu dünyada əbədiyyən yaşamaq fikrinə düşən insan kimi olma, həm bu dünyan üçün yaşa, həm də axirət yurdun üçün tədarük gör.
Bəs biz qarşımızda olan bu qaçılmaz səfərimizə necə hazırlaşırıq?! Rəbbimizlə qarşılaşdıqda nə cavab verəcəyik?
Peyğəmbərimizin (s) üzünə necə baxacağıq? Məgər Allahla görüşəcəyinizdən ümidinizi itirmisiz və ya bir daha yaradılmayacağınızı zənn edirsiz?

«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman (zənn) edirsiniz?!» (Möminlər: 115)

Əbu Xureyrədən (r.) edilən rəvayətə görə Rəsulullah (s.ə.s.) belə buyurdu:
«Belə bir şəxs tapılmaz ki, öldükdən sonra peşman olmasın». Ətrafında olanlar soruşdular ki, - Nədəndir bu peşmanlıq?
Rəsulullah (s.ə.s.) belə savab verdi:
«Əgər yaxşı bir kəs idisə, yaxşılığının artırmamasından peşman olur, əgər pis bir kəs idisə, pisliyindən (vaxtında) vaz keçmədiyindən peşman olur!».
(Tirmizi.)

Əbu Sələmədən (r.) mərfu olaraq belə rəvayət edilmişdir: «Rəsulullah (s.ə.s.) belə buyurdu:
«Ölünü gözəl kəfənləyin. Bağırmaqla və vəsiyyətini gecikdirməklə ölülərinizə əziyyət verməyin. Tələsib borcunu ödəyin. Pis kəslərə qonşu etməyin
(«Qabir Aləmi», im. Suyuti; «Qiyamət və Axirət», im. Qazzali.)

Yəni, borclarına diqqət edin. Ondan qalan borcu ödəməyə çalışın, çünki bu, ona qəbir aləmində sıxıntı verir. Sağlıqında şərli olan kəslərin qəbirləri yanında dəfn etməklə onlara qonşu etməyin. Müsəlmanı müsəlmanların yanında dəfn edin. Müsəlmanı qeyri müsəlmanların yanında dəfn etmək olmaz, bu vəfat etmiş müsəlmanlar üçün əziyyətdir. Çünki, müsəlman olmayanların cəzası və əzabı çox şiddətlidir və qəbirsanlıq qonşularına əziyyət verir.
Hədisin əvvəlində isə, qeyd olunduğu kimi, ölülərinizi bağırmaqla yola salmayın. Onların üzərində qışqırıb, Allaha etiraz ifadələrini söyləməyin – bu, sizə günah, ölülərinizə isə əziyyət və mələklər qarşısında utanmaqdır.
Əlbəttə ki, yaxın, sevimli bir kəsi uzaq bir səfərə, ya, bir təhsil almağa, yaxud, müharibəyə yola salmaq insanın (qohum-əqərabanın) qəlbində müəyyən dərəcədə kədər duyğusu yaratdığı kimi, şübhəsiz ki, yaxın və sevimli insanlardan kiminsə ölümü daha da böyük kədərə səbəb olur. Lakin, hər bir halda daha dözümlü və təmkinli olmaq lazımdır. İnsan, kədərə səbəb olan hadisəni səbrlə qarşılamalıdır. Göz yaşı isə, ürəkdən gələn bir mərhəmət hissinin təzahürüdür. Lakin, ağıl bu hissiyyatları baxımsız və nizamsız bir şüvənlik halına gəlməsinə mane olmalıdır. Çünki, hətta ölümü də insana yalnız Allah təyin edir.


Tarix: 12.04.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Maraqlı melumatlar