Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Əbu Hənifə) FİQHUL ABSAT-İmam Əbu Hənifənin İmana Verdiyi Tərifi

İmam Əbu Hənifənin İmana Verdiyi Tərifi Və
Əməllərin Allahın İstəməsinə Bağlı OlmasıƏbu Muti: “Mənə imanın nə olduğunu açıqla?” dedim.
Əbu Hənifə: “İman – Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Onun tək olub şəriki olmadığına, mələklərinə, kitablarına, Peyğəmbərlərinə, Cənnətə, Cəhənnəmə, Qiyamətə, Qədərin Xeyir və Şərinə, heç kimsəyə öz əməlini yaratmaq gücünün verilmədiyinə, Əməllərin bütünlüklə insanın istəyi altında olmadığına, insanlar onlar üçün yaradılmış sonluğa və onlar üçün nə təqdir olunmuşsa ona doğru hərəkət etmələrinə şəhadət etməyindir“ dedi.

Əbu Muti: Əgər bunun hamısını qəbul edib, lakin hər bir şey mənim öz istəyimlədir: “İstəyən iman etsin, istəyən kafir olsun” ayəsinə görə: İstəsəm iman edərəm, istəsəm iman etmərəm” deyərsə nə olar? Deyə soruşdum.
Əbu Hənifə: “O, kimsə iddiasında yalançıdır. Allahın: “Xeyr, bu (Quran) bir öyüd-nəsihətdir! İstəyənlər ondan öyüd alar. Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!”. (əl-Mudəssir 54-56), “(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”. (əl-İnsan 30) ayətlərini görmürsənmi? O, ki qaldı: “Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)". (əl-Kəhf 29) ayəsi Vaid (Təhdid, hədə) üçündür. O, kimsə bu sözü ilə ayəni inkar etmədiyi üçün kafir olmaz. Ayənin nazil olmasını rədd etməmiş, fəqət Təvilində (təfsirində) xəta etmişdir.
Əbu Muti: Əgər bir kimsə başına gələn müsibətdən dolayı bu sənə Allahdan olan bir imtahandır, yoxsa əməllərinə görə olmuşdur” deyə soruşarsa. Bu Allahdan mənə olan bir imtahan deyildir – deyərsə kafir olurmu?
Əbu Hənifə: Xeyr – dedi. Əbu Muti: “Nə üçün?” deyə soruşdu. Əbu Hənifə: “Çünki Allah: “(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir...”. (ən-Nisa 79) buyurur. Yəni, pislik günahın səbəbilədir, mən də onu günahın səbəbilə sənə təqdir etdim deməkdir. Necə ki, Allah buyurur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”. (əş-Şura 30). Yəni, günahlarınızın səbəbilədir. Necə ki: “Əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız”. (ən-Nəhl 93). Lakin o, kimsə təvildə xəta etmişdir. “Bilin ki, Allah insanla onun qəlbi arasındadır...”. (əl-Ənfal 24). Yəni, möminlə küfr arasına, kafirlə iman arasına girər deməkdir (Yəni, onun istəyinə çatmasına mane ola bilər).
-------------
Tərcümə Edən: K. Hüseyn
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)


Tarix: 08.04.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar
loading...