beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilmədiyiniz Suallara Cavab Sual Vermək Qadağan De

Bismillahir Rahmanir Rahim


Burada userlərimiz bilmədiyi sualları soruşa bilərlər .Yeri gəlmişkən, həmçinin Qurani-Kərimə atılan əsassız ittihama da cavab vermək yerinə düşər


İttiham : Quranın : "...Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın... " -(Maidə 101-102) şəklindəki ya da buna bənzər digər ayələr insanı sual vermək və mübahisə etməkdən uzaq saxlayır.Çünki İslam özünü siğortalayıb ,axı suallar verən zaman bu dinin necə əsassız olacağı məlum ola bilər və İslam dini sarsılar

Cavabımız : Əvvəla hansısa ittihamı irəli sürməkdən öncə yaxşıca araşdırmaq lazımdır ,qərəzli və kor-koranə ittiham irəli sürmək heç kimə yaraşmaz ! İslam isə Allahın haqq və ən kamil dinidir və əsassız və sarsılabilinicək din deyil !

Keçək mətləbə ,ilk öncə Maidə :101-102. ayələrinin nazil olma səbəbi :

Suraqə ibn Malik , həcc ayəsi nazil olunca " Hər ilmi (yəni hər il həccə getməliyik)" deyə soruşar və təkid-israrla bu sualını dəfələrcə təkrarlar . Hz Məhəmməd (s) peyğəmbər xeyr deyə cavab verər və sonra "bəli desəydim bunu edə bilməyəcəkdiniz,sizin sərbəst buraxıldığınız mövzularda suallar ilə irəlidə sizi çətin,müşkül vəziyyətə düşəcək şərait yaratmayın" deyər. Eyni şeyi yəhudilərdə baş vermişdi.Allah onlardan bir qurban istəyər,amma onlar peyğəmbərlərindən soruşarlar "cinsi nə olsun,rəngi nə olsun və s." sonda az qala belə bir qurban tapa bilməyəcəkdilər,halbuki işin başında onlardan sadəcə bir qurban istənilmişdi.Amma onlar gərəksiz ,aqibətlərini düşünmədən suallar verdikləri üçün zamanla özlərini asanlıqla edə biləcəkləri şeyləri çətin ediləbiləcək hala salmışdılar,amma halbuki Allah onların çətinliyə düşməsini istəmirdi.Quran ayəsi də bu mətləbi vurğulayır.
Sual soruşmaq öyrənməyin birinci addımıdır ,Hz Peyğəmbərimiz (s) heç kimə öyrənmək məqsədilə sual soruşmağı qadağan etməmişdi , müşriklər,məcusilər ,xristianlar ,yəhudilər və başqaları daim Hz Rəsulullahın (s) yanına gedər və heç bir təzyiq və qorxu olmadan öz suallarını rahatca verərdilər. Hz Peyğəmbərin (s) elminin qapısı olan Hz Əli (ə) həmişə belə buyurardı : "Məni itirməmişdən əvvəl soruşun.." .

Amma cahilcə soruşulan və ya yalnız soruşmaq xatirinə soruşmaq, pis niyyətlə soruşmaq(məsələn lağ-lağı yaxud fitnə çıxarmaq niyyətilə) və s. bu kimi şeylər İslamda bəyənilmir . Hətta nəinki İslamda, heç bir yerdə bəyənilmir.

ALLAHIM ,SƏNİ TAPAN NƏYİ İTİRİB ,SƏNİ İTİRƏN NƏYİ TAPIB ?


Hz İmam Hüseyn əleyhissalam


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar